dini radikalizm və ekstremizmlə mübarizə

Mübariz İbrahimovun anım günü qeyd olunub

Mübariz İbrahimovun anım günü qeyd olunub

Bu gün Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd olunub.



İnterAz-ın verdiyi xəbərə görə, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri şəhidin rayonun Əliabad kəndində yerləşən ata ocağını ziyarət edərək ailəsi ilə görüşüblər.



M.Quliyev çıxış edərək Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışıb: “Mübariz qısa ömür yaşasa da, canını vətən yolunda fəda etməsi ilə özündən sonra böyük şəhidlik məktəbi qoydu. İndi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir. Hərbi xidmətə yola salınan gənclərimizə vətəni necə qorumağı Mübarizdən öyrənmələri təbliğ olunur”.



Milli Qəhrəmanın atası Ağakərim İbrahimov ölkə rəhbərliyi tərəfindən onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə prezident İlham Əliyevə öz dərin təşəkkürünü bildirib.



Ziyarət iştirakçıları Mübariz İbrahimova məxsus müxtəlif şəkillər, haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət guşəya baxıblar. Sonda prezident İlham Əliyevin tapşırığına əsasən inşa olunacaq “Mübariz İbrahimovun xatirə muzeyi”nin tikiləcəyi əraziyə baxış keçirilib.
Mübariz İbrahimovun anım günü qeyd olunub

Oxunub: 815
Oxşar xəbərlər
SON XƏBƏRLƏR