» » Azərbaycan fəlsəfə elminin nəhəngi AĞAYAR ŞÜKÜROV

Azərbaycan fəlsəfə elminin nəhəngi AĞAYAR ŞÜKÜROV

Azərbaycan fəlsəfə elminin nəhəngi  AĞAYAR ŞÜKÜROV
Elə mövzular var ki, insanın beynində bir fikir qığılcımı yaradır. Öz qələmi ilə Biləsuvar ziyalılarını həmişə təbliğ edən, onların parlaq əməllərini bu qəzet vasitəsilə geniş ictimaiyyətə çatdıran və həm də bir növ tarixə çevirən hörmətli “Region-Press” əməkdaşları Azərbaycan fəlsəfə elminin görkəmli nümayəndəsi mərhum professor Ağayar Şükürov haqqında bir xatirə yazmaq təşəbbüsü ilə çıxış edəndə mənim də düşüncəmdə bir qığılcım yarandı.
Mənim ilk fəlsəfə müəlimim və ilk elmi məqaləmə rəy verən mərhum professor Ağayar Şükürovun xatirəsi qəlblərdə əbədi olaraq yaşayır. Həm onunla şəxsi tanışlığım, həm də həqiqi böyük bir alim kimi, əsl elm fədaisi kimi onun elmi irsi ilə yaxından tanışlığım mənə Biləsuvarın yetirdiyi bu böyük alim haqqında ürək dolusu danışmağa və yazmağa güc verir.
1946-cı ildə Biləsuvar rayonunun Əmənkən kəndində doğulan Ağayar müəllim 1975-cil ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda fəlsəfə elmləri namizədi kimi müdafiə edərək ömrünün bütün qalan hissəsini bu böyük elm məbədinə bağlamış və Azərbaycan fəlsəfə elmini öz qiymətli əsərləri ilə zənginləşdirmişdir. Mənim yadıma gəlir ki, onunla ilk görüşlərimizdən birində dedim ki, hörmətli professor Siz çox məhsuldar yazırsız, ildə iki kitabınız çap olunur. Özünə məxsus ağayanalıqla və təbəssümlə dedi ki, mənim elmi yaradıcılığımı deyəsən yaxşı izləmirsən. Sonra mən öyrəndim ki, bu böyük alim son illərdə hər il ən azı 5 kitab yazır. Ömrünün qırx ilə yaxınını fəlsəfə elminə həsr etmiş Ağayar müəllim 30-dan artıq kitab 300-ə qədər elmi məqalə yazmışdır. Onun əsərləri fəlsəfə elminin çox müxtəlif sahələrini əhatə edir. Dünya xalqlarının mifologiyasının öyrənilməsi sahəsində mərhum professor 9 kitab yazmışdır. Bu əsərlərin hər biri fəlsəfə elmində yeni bir tədqiqat sahəsi açır, onu zənginləşdirir və gənc alimlər üçün geniş üfüqlər yaradır. Ağayar müəllim 25-qədər gənc alim yetişdirmişdir ki, bu gün də onun elmi irsini davam etdirirlər. Elmlə məşul olanlar yaxşı bilir ki, Ağayar müəllim Azərbaycanda ilk dəfə qloballaşma proseslərinin elmi-fəlsəfi tədqiqatını aparan alimlərdən biridir. Fəlsəfə elmində əldə etdiyi nailiyyətlərə görə Ağayar müəllim 2003-cü ildə Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü seçilmişdi ki, bu da müstəqillik dövründə Azərbaycan fəlsəfə elminin əldə etdiyi ən böyük uğurlardan biri olmuşdur. Bu böyük alimin “Qlobalistika və ekoloji fəlsəfə” adlı tədqiqat əsəri ekologiyanın fəlsəfi problemlərinə həsr edilmiş ilk və dəyərli kitablardan biridir. Mərhum Ağayar müəllimin yazdığı Fəlsəfə , Kulturologiya, Sosial ekologiya, Fəlsəfə kitabları artıq neçə iilərdir ki, bütüb ali məktəblərdə əsas dərs vəsaiti kimi tələbələrə tədris olunur.
Əlbəttə mərhum professorun elmi irsi və yaradıclığı haqqında çox qiymətli sözlər demək olar. Lakin mənim fikrimcə o, öz dəyəri ilə bu sözlərin hamısından ucada dayanır. Amma bir xüsusiyyəti qeyd etmək lazımdır ki, Ağayar müəllim təkcə bir elm adamı, filosof kimi elmi tədqiqatla məşğul olmurdu. Həm də o istəyirdi ki, həyat haqqında, dünya haqqında, onun mahiyyəti haqqında fikirləri geniş ictimaiyyətə sadə dildə çatdırsın və onları dünya fəlsəfi irsini qabacıl fikirləri ilə marifləndirsin. Bu baxımdan alimin ömrünün son illərində qələmə aldığı “Hamı üçün Fəlsəfə” kitabı xüsusi əhəmiyyət kəsb edir.
Bir alim, filosof kimi Ağayar müəllim cəmiyyətdə baş verən proseslərə biganə qalmırdı, hər bir prosesə öz rəyini, mövqeyini bildirir, gəncləri düzgün istiqamətlədirir və onları dövlətçlik ruhunda biliklərlə silahlandırırdı. Ağayar müəllimin fəlsəfə sahəsində işıqlı ideyalarının əsasında Azərbaycan gənclərinin qabaqcıl elmi bilikərlə silahlanması prinsipi dayanırdı. Ona görə bu irsi hər bir gənc öyrənməli və bu böyük alimin yaradıcılığı ilə yaxından tanış olmalıdır. Təsadüfü deyil ki, alimin Fəlsəfə, Kulturologiya, Sosial ekologiya adlı dərslikləri respublikamızın bütün ali məktəblərində mühüm dərs vəsatit kimi tələbələrə tədris olunmaqdadır.
Ağayar müəllim, böyük alim, görkəmli filosof olmaqla yanaşı çox sadə, səmimi, xeyirxah bir ziyalı idi. Həmişə gənclərə doğu yol göstərər, onlara öz dəyərli məsləhətlətini verər və elmin sirlərini öyrədərdi. Çox prinsipal mövqeyə malik bu böyük insan bəzən öz prinsipləri uğrunda qəzəbli də olardı, amma bütün hallarda Siz onun ağ saçlarının sayəsində vüqarlı görünüən simasında yüksək bir alicənablıq görərdiniz. Ağayar müəllim, çox təəssübkeş bir adam idi, həmişə Biləsuvardan olan bir gənc görərdisə onun qabağına düşüb bütün qapıları onun üzünə açmaq üçün nə qədər lazımdırsa gedərdi.
Allah bu böyük alimi rəhmət etsin, onun əziz xatirəsi həmişə qəlblərdə yaşayır.

Elməddin Əlizadə Musaxan oğlu
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930