dini radikalizm və ekstremizmlə mübarizə

B Ə Y A N A T

B Ə Y A N A T
Hər vaxtınız xeyir olsun dəyərli dostlar. Sizlərlə bir məlumatı bölüşmək istəyirəm. Cümə günü günorta saat 15-16 radələrində olarkən adını açıqlamaq istədiyim Tv kanalından mobil telefonuma zəng gələrək Dünya Azərbaycanlıları haqqında bir verlişdə ekspert kimi iştirak edib çıxış etməm xahiş edildi. TV kanalının dəvətini qəbul edib mövzunun məğzi barədə soruşarkən mənə ümumi müzakirələrin aparılacağı deyildi. Şənbə günü saat 13:31 də birbaşa TV kanala getdim. Məni güvənlikdən qarşılayıb verlişin çəkildiyi məkana ötürdülər. Çəkilişdə iştirakım zamanı fərqinə vardım ki, mövzu heç də Dünya Azərbaycanlıları haqqında deyil, tamamilə məişət zəmnundə qalmaqallı bir müzakirə ilə bağlıdır. Verlişdə ilk olaraq mənə Lerikdən olan qonağın başına gəlın hadisələrə bağlı münasibət bildirməyim xahiş edildi. Təbii ki, efir, ekspertlər və tamaşaçılara hörmət naminə sualı cavablandırmağı özümə borc bildim hərgah ki, belə mövzuların televizorlarda ictimaiyyətə işıqlandırılmasının qatı əleyhinəyəm. Daha sonra verlişin aparıcısı məni Facebook sosial şəbəkəsindən millətçi, vətənpərvər, ictimaiyyətçi və əxlaq dəyərləri yüksək qiymətləndirən bir xanım kimi izlədiyini və haqqımda xoş sözlər deyərək efirə təqdim etdi. Tənqidə dözümlülüyüm barədə sualını müsbət cavablandırarkən aparıcı studiyaya iki nəfərin gəldiyini və barəmdə şikayətlərinin olduğunu bildirdi. Təbii ki, bu halla üzləşə biləcəyimi öncədən bilmədiyim üçün verlişə hazırlıqsız gəlmişdim. Lakin yenə də etiraz etməyib onların studiyaya gəlməsinə icazə verdim. Beləliklə studiyaya 2016-cı ildə evini rəsmi qaydada 5 saylı Asan Xidmətdən aldığım lakin hələ də evdən çıxara bilmədiyim və işimizin məhkəmə icrasında olduğu şəxsin yaşlı anası və qardaşı daxil oldu. Verlişin irəliləyən dəqiqələrində ana və oğul məni əssassız iftiralarla təqsirləndirməyə başladılar. Baxmayaraq ki, evini aldığım oğlu bir neçə cinayət və dələduzluq əməli ilə təqsirli bilinərək polisi tərəfindən hal-hazırda axtarışdadır. Bütün bunları dinlədikdən sonra mən efir vasitəsilə başıma gələn hadisə haqqında fikir bildirmək üçün aparıcıdan söz istədim. Beləliklə 2017- ci ilin aprel ayında hüquqlarımı müdafiə etmək məqsədilə özümə vəkil tutaraq işimizin məhkəmədə olduğunu və hər üç instansiya məhkəmələrinin mənim vicdanlı alıcı olduğum barədə eləcədə onların evdən istifadəsinə xitam verilib və qeydiyyatdan çıxarılması barədə qətnamələr qəbul etdiyini bildirdim. Hal-hazırda məhkəmə işi özünün kuliminasiya mərhələsindədir. Əlləri hər şeydən üzülən bu şəxslər məni efirdə hədələyərək ağlasığmaz iddihamlar irəli sürdülər. Qarşı tərəf evdən çıxmamaq üçün bu günə qədər bütün lazımi orqanlara müraciət etmişlər. Lakin haqlı olmadıqları üçün rədd cavabı alaraq qanunla üz-üzə qaldıqlarını görüb efir vasitəsilə məni ictimaiyyət qarşısında şərləyib nəzərdən salmaq üçün məqsədyönlü hərəkətə keçmişlər. Efir zamanı ekspertlər də başıma gələn bu hadisəyə fikir bildirərək onların problemli ailə olduqlarını, qardaşlatının dələduzluq vaditəsilə məni aldatdığını vurğulayaraq haqlı olduğumu və məhkəmələrin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini məqsədəuyğun gördülər. Qarşı tərəfin efirdən belə çəkinməyərək göstərdiyi aqressiya və şəxsimə qarşi söylədikləri bütün əssassız idiaları tərəfimdən məhkəməyə verilərək haqqlarında növbəti cinayət işinin açılmasnı təmin edəcəyəm. Həmçinin sözü gedən TV şirkətini mənim şəxsi məsələmi şou xarakterli verlişin məzmununa çevirdiyi üçün Milli Televiziya Şirkətinə və Mili mətbuat mərkızinə müraciət edərək araşdırılmasını və təcili şəkildə lazımi tədbirlərin görülməsini yeri gələrsə daha yüksək orqanlara müraciət edib haqq-ədalətin bərpa olunması üçün gərəkınləri edəcəyəm. Mən iki övlad anası və ailə başçısıyam. Hər bir ana kimi uşaqlarımın gələcək həyatı üçün narahatam. Gecə-gündüz bilmədən əziyyət çəkib, çalışıb işləyərək qəpik-qəpik yığdığım vəsaitlə ev almışam ki, uşaqlarımın başları üstündə tavanları olsun. Ali məktəblərə daxil olub millətinə və xalqına yararlı fərd kimi xidmət etsinlər. Bununla artıq iki il yarımdır ki, bu şəxslər mənə haqsızlıq edərək evimdən çıxmadıqları üçün Bakı qəsəbələrinin birində məskunlaşmışam. Bütün çətinlikləri göz önünə alıb hər gün şəhərə uzun yol qət edərək qızımı məktəbə gətirir və işə gedirəm. Həmin evi mən halal zəhmətimlə yığdığım pulla almışam - əgər kimsə məni itiiham etmək isteyirsə bu pulu mənə təmənnasız versin - mən də o evi həmin ailəyə baqışlayım. Hec kəs də verməz axı?Qeyd edim ki, hal-hazırda icra orqanları bu işin son mərhələsini həyata keçirmək üzrədirlər. Lakin bir qrup şəxslər onlar barədə bütün həqiqətləri tam çılpaqlığı ilə bildiyimə görə məqsədli olaraq baş verən bu hadisəni mənim əleyhimə istifadə etmək niyyətindədirlər. Belə ki, dünən Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının qeyri rəsmi Kanada koordinatoru (BDAT) Rəna Müslümova və digər həmkarlarımın hər birinə efirdə hələ yayınlanmayan proqramın linkləri qərəzli şəkildə göndərilib. Həmkarım Rəna xanım Müslümova məni dinləmədən, işin mahiyyətini bilmədən tək tərəfli düşünərək facebook üzərindən danışıq qrupumuzda şəxsiyyət və ləyaqətimi alçaldaraq BDAT rəhbərliyindən mənim təşkilat sıralarını tərk etməyim barədə bəyanat qəbul edilməsini tələb etmişdir. Dövlətin ali orqanı olan Məhkəmə qərarlarının əlimdə olduğunu qeyd etdiyim halda məni dələduzluqla günahlandıran dövlətin ali orqanlarının çıxardığı qərarlara hörmətsizcəsinə yanaşaraq məni əsassız şəkildə qınayıb təhqir etdi. Səs yazıları və mesajları məndə maddi sübut kimi saxlanılır və tərəfimdən məhkəməyə təzminat davası üçün müraciət ediləcək. Belə ki, haqqımda bəyanatla təşkilat sıralarından xaric olunmağımı istəyən bu xanım Facebook sosial şəbəkəsində təşkilatın maraqlarını yayımlamaq və təşkiatdaxili gördüklərimiz işlər barəsində ictimaiyyətə bilgilər vermək üçün yaratdığım səhifədən məni xəbərdarlıq etmədən bu səbəblə adminlikdən çıxarıldığımı qeyd etdi. DOSTLAR BU PAYLAŞIMI SIZLƏRƏ ETMƏKDƏ MƏQSƏDİM İLK ÖNCƏ adını çəkmək istəmədiyim kanalın mənə qarşı qərəzli mövqeyini anlamaq, məni xəbərdarlıq etmədən başqa bir mövzuya fikir bildirmək adıyla dəvət edib belə bir halla üz-üzə qoymaq, efirə getməyən verilişin (BDAT) həmkarlarıma hansı məqsədlə və kimlərin vasitəsilə göndərildiyini bilmək, eləcədə ictimaiyyətin haqqımda yanlış fikirlərə səbəb olmasının təfərrüatını anlamaqdır. Bunun üçün mütləq lazımi orqanlara müraciət edəcəyəm. Özünü Dünya Azərbaycanlılarının qanunlarının müdafiəsinin keşiyində duran bir təşkilatın koordinatoru adlandırıb Dövlətin ali orqanlarının qəbul etdiyi qətnamələri saya salmadan, şəxsiyyətimi və ləyaqətimi alçaldan bir ilə bərabər çiyin-çiyinə çalışmağı şəxsim üçün uyğun hesab etmirəm. Mənim ictimai fəaliyyətim, millətimin və xalqımın maariflənməsi yolunda apardığım təmənnasız işlər, təbliğatlar və öz imkanlarım daxilində həyata keçirdiyim bir çox işlərin mahiyyəti deyil, şəxsi işlərimi ön plana çəkərək təşkilatın maraqlarına zərər verə biləcəyinin dilə gətirildiyi bir ortamda bərabər çalışmaqdan imtina edir və tuttuğum qeyri-rəsmi vəzifədən İSTEFA edirəm.

Hörmətlə Umuxanım Hüseynzadə

Oxunub: 777
Oxşar xəbərlər
SON XƏBƏRLƏR