dini radikalizm və ekstremizmlə mübarizə

“DANIŞIR BAKI!” - BU GÜN TELERADİO İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR

“DANIŞIR BAKI!” - BU GÜN TELERADİO İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR
6 noyabr radio və televiziya işçilərinin peşə bayramıdır. 1926-cı ilin bu günü Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb. Həmin gün paytaxtın küçə və meydanlarında qurulan reproduktorlardan ilk dəfə “Danışır Bakı!” ifadəsi səslənib. Həmin dövrdə radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asmaq mümkün idi. 1953-cu ildə Bakı Televiziya Mərkəzinin tikintisinə başlanıb və 3 il sonra 180 metrlik qüllə qurulub. 1973-cü ildən başlayaraq isə paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanmağa başlayıb. Bu baxımdan 6 noyabr televiziya və radio işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi göstərilib.

Hazırda Azərbaycanda 11 ümumrespublika, 13 regional, 17 kabel, 27 internet, 4 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir. Həmçinin Azərbaycan ərazisində rəqəmsal yayımın tətbiqinə başlanıb.

ATV.az saytı bayram münasibətlə radio və televiziya işçilərini təbrik edir, işlərində uğurlar diləyir!

Oxunub: 755
Oxşar xəbərlər
SON XƏBƏRLƏR