dini radikalizm və ekstremizmlə mübarizə

Türkçülüyü təbliğ edən qrupa hakker hücumu oldu

Türkçülüyü təbliğ edən qrupa hakker hücumu oldu
Azərbaycanda sosial media aləmində fəaloyyət göstərən ən böyük türkçü qrupa xakker hücumu olub.

Məsələ ilə bağlı qrupun təsisçi və baş inzibatçısı Umuxanım Hüseynzadə danışıb:

"Siz cılızlığınızı ictimaiyyəti maatifləndirən, ona ziyalılarımızın aydın təfəkkürlü məqalələri, tarixi araşdırmaları vasitəsilə ideoloji yön göstərən, illərdir Türkçülüyün, milli əqidənin inkişafına və formalaşmasına xidmət göstərən 120.000 lik üzvdən ibarət olan "Bütün Dünyanın Türkləri Birləşin" qrupumuzu hakkerlərin əli ilə dağıdaraq və öz zəhmətimlə yaratdığım Birləşmiş Dünya Azərbaycanlıları təşkilatı səhifəsindən adminlikdən çıxararaq bir daha sübut ettiniz!!! Bu iyrənc əməlinizlə düşünməyin ki, məni zəiflədə bildiz. ƏSLA!!! Gücümə bir daha güc qatdınız. Sizlərə təşəkkür edirəm!!! Bu gündən etibarən artıq qrup halında deyil Vətənimiz, millətimiz üçün təşkilat halında birləşib dünyaya sözümüzü çatdıracayıq. Bütün Dünya Türkləri Birləşin səhifəsi bu andan etibarən sayt və portalların üzünə açıqdır. Səhifəni bəyənərək aktuallaşdırmaq ixtiyarınıza verilir. Dəyərli media mənsubları, dostlar və əzizlərim bundan sonra buyurub paylaşımlarınızı səhifəmiz vasitəsilə işıqlandıra bilərsiniz.Səhifə şəxsən mənim, Haci Ahmedov, Samir Xancan, Natiq Adiloglunun nəzarətində olacaq".

Oxunub: 647
Oxşar xəbərlər
SON XƏBƏRLƏR