dini radikalizm və ekstremizmlə mübarizə

“100 yaşın mübarək, şanlı Azərbaycanım!”devizi altında ədəbi-bədii gecə keçirilib

“100 yaşın mübarək, şanlı Azərbaycanım!”devizi altında ədəbi-bədii gecə keçirilib
Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin fəaliyyəti ölkə əhalisinə yaxşı məlumdur.Qarabağ faciəsi və Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün zəruri tədbir və layihələri həyata keçirən Birliyin maddi-texniki bazası çox zəifdir.Bu günlərdə 11 yaşını qeyd edən Təşkilatın Bakı şəhərində daimi ofisi yoxdur. Birliyin fəalları son 3 il ərzində dövlət vəsaiti almadan müəyyən işlər görsələr də, beynəlxalq səviyyədə həyata keçirilən işlər üçün dəstəyə ciddi ehtiyac var.Məhz buna görə də Birlik sədrinin müvafiq əmrinə əsasən Bakının Abşeron rayonunun Xırdalan şəhərində xeyriyyə tədbiri keçirildi.
Tədbir iştirakçıları öncə Abşeron rayon Mədəniyyət Mərkəzinin foyesində təşkil edilən sərgi ilə tanış oldular. Daha sonra Mədəniyyət evinin zalında Azərbaycanın dövlət müstəqilliyinin və bayrağımızın 100-cü ildönümünə həsr olunan tədbirə start verildi. Birliyin Abşeron rayon şöbəsinin sədri xanım Fazilə Məmmədovanın təşəbbüsü ilə keçirilən tədbiri “Dünya Televiziyası”nın “Axşama doğru”verilişinin layihə rəhbəri və aparıcısı Qacar Qədir və “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin Qadınlar Şurasının sədri Ayna Allahyarqızı açdı.Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu tədbir iştirakçılarını salamladı, təşkilatın gördüyü işlər haqda zəruri məlumat verdi. O, qeyd etdi ki, Xeyriyyə tədbirindən əldə olunan vəsaitin bir hissəsi Birliyin İcra aparatının saxlanmasına, müəyyən hissəsi Birliyin istehsal etdiyi “Biz, soyqırım və terrora yox deyirik!”sənədli filminin ingilis və rus dillərinə tərcüməsinə, digər hissəsi isə Xocalı soyqırımı zamanı zərər çəkmiş 2 ailəyə dəstək məqsədilə sərf olunacaq.
Daha sonra mədəniyyət və incəsənət ustaları maraqlı proqramla tamaşaçılar qarşısında çıxış etdilər. “Şuşanın dağları” ansamblının üzvləri-bədii rəhbər, Respublikanın Əməkdar Mədəniyyət işçisi İntiqam Abbasov,Firdovsi Məmmədov, Vəsilə Quliyeva, Valid Abdullayev, İlham Behbudov, Eyvaz Quliyev, Etibar Hümbətov, Habil Hacıyev, Qacar Qədir, Rəna Xudiyeva, Elsevər Muradov, Ülkər Orucova, Ceyhun Qənbərov, Rəqsanə Əsədova, Fatimə Hüseynova, Ulduzə Qədirova, Loğman Zeynallı, Elman İmanov, miili vətənpərvərliyinə görə ailəsilə birgə Rusiya Federasiyasından çıxarılan azyaşlı Mehdi Həsənov(Astraxanski) rəngarəng proqramla çıxış etdilər.Bədii qiraət ustaları-Ayna Allahyarqızı, Şamilə Şamilqızı,Atlaz Rzayi, Ceyla və Ayla Əmirovalar, Sevindik Nəsiboğlu doğma yurdumuzu tərənnüm edən şeirlər söylədilər.
Xeyriyyə tədbirində Türkiyənin Azərbaycandakı Səfirliyinin məsul əməkdaşıTuğba Uzal, habelə, dövlət və özəl təşkilatların nümayəndələri də iştirak etdilər.
Tədbir "Qarabağ şikəstəsi"nin ifasıyla başa çatdı.
Fotolar Bəşir Əlimədətova məxsusdur.



Şamilə Şamilqızı,
"fact-info.az", "xebertv.az" və "asiya.info"saytlarının xüsusi müxbiri.

“100 yaşın mübarək, şanlı Azərbaycanım!”devizi altında ədəbi-bədii gecə keçirilib
“100 yaşın mübarək, şanlı Azərbaycanım!”devizi altında ədəbi-bədii gecə keçirilib
“100 yaşın mübarək, şanlı Azərbaycanım!”devizi altında ədəbi-bədii gecə keçirilib
“100 yaşın mübarək, şanlı Azərbaycanım!”devizi altında ədəbi-bədii gecə keçirilib
“100 yaşın mübarək, şanlı Azərbaycanım!”devizi altında ədəbi-bədii gecə keçirilib

Oxunub: 749
Oxşar xəbərlər
SON XƏBƏRLƏR