dini radikalizm və ekstremizmlə mübarizə

Prezident İlham Əliyev olimpiadada medal qazanan idmançıları və məşqçilərini mükafatlandırıb

Prezident İlham Əliyev olimpiadada medal qazanan idmançıları və məşqçilərini mükafatlandırıb
Prezident İlham Əliyev Argentina Respublikasının Buenos-Ayres şəhərində keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün Milli Olimpiya Komitəsinin mükafatlarının məbləği aşağıdakı qaydada müəyyən edilib:

- Birinci yeri tutan hər bir idmançıya 25 min manat, onun məşqçisinə isə 12 min 500 manat

- İkinci yeri tutan hər bir idmançıya 15 min manat, onun məşqçisinə isə 7 min 500 manat

- Üçüncü yeri tutan hər bir idmançıya 10 min manat, onun məşqçisinə isə 5 min manat

- Komandanın baş məşqçisinə idman növü üzrə ən yüksək nailiyyət göstərmiş idmançıya görə şəxsi məşqçisinin aldığı məbləğ qədər (bir dəfə).

Qeyd edək ki, Argentinaya yollanan 17 Azərbaycan idmançısından 2-si qızıl, 1-i gümüş, 3-ü bürünc medal qazanıb. Cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) qızıl, ağırlıqqaldıran Tarmerxan Babayev (85 kq) gümüş, taekvondoçu Cavad Ağayev (63 kq), boksçu Nurlan Səfərov (60 kq) və qadın güləşçi Şahanə Nəzərova (43 kq) bürünc medala sahib olub. Bədii gimnast Yelizaveta Luzan isə Beynəlxalq Olimpiya Komitəsinin qarışıq komandasının tərkibində qızıl medal qazanıb. Onun medalı ümumi sıralamada öz ölkəsinin adından göstərilməyib.

Yekunda Azərbaycan komandası medal əyarına görə, 208 ölkə arasında 34-ci, medal sayında isə 38-ci yeri tutub.

Oxunub: 658
Oxşar xəbərlər
SON XƏBƏRLƏR