» » Ruhuna ,yatdığın o qərib torpağa canım fəda olsun Qibləgahım ATA...

Ruhuna ,yatdığın o qərib torpağa canım fəda olsun Qibləgahım ATA...

Ruhuna ,yatdığın o qərib torpağa canım fəda olsun Qibləgahım ATA...
Pirim , ziyarətim mənim.
Gücüm cəsarətim mənim.
Ruhum , fəxarətim mənim.
Atam....

Ruhuna ,yatdığın o qərib torpağa canım fəda olsun Qibləgahım ATA...
Qərib yerin qərib də həsrəti olurmuş , Ata...Bilmirəm qışın sazağıdır məni üşüdən, yoxsa insanların soyuqluğu ...Üşüyürəm Ata , çox üşüyürəm ...Ürəyimi buz kəsib sanki... Indi deyirsən ki, az gileylən , qızım . Sənə nə əlim çatmır , nə də ünüm yetmir...
Bilirəm Ata , blirəm ki, yanımda olsaydın belə gileyli olmazdım. Onu da blirəm ki, sən yaşasaydın mənim gileyimə ehtiyac qalmazdı ki,...
Sən bilirsən ?!..... Sən alınmaz qala idin Ata... Sən Tufan dağı kimi sərt və əzəmətli idin. Sən arxa-dayaq idin. Sən Tanrının mənə bəxş etdiyi ən Ali varlıq idin, Ata... Mən Səninlə bu dünyanın ən zəngin xanımı idim ...
Kişilər güclü olur deyirlər , Ata...Gücündən hər zaman ilham aldım . Mən Səni məndə yaşadaraq gücləndim , Ata... Dizlərimə təpər , güc verən Sənin ruhun oldu ... Ona görə hər sıxıntımda röyama gəldin , təsəllim oldun , əllərini çiynimdə hiss etdim, Ata...
Dağ vüqarlım mənim... Cavan yaşından bizi qəlbi sınıq qoyub getdin gözəl Atam. Lakin heç tək qoymadın məni...Hər anımda Səni yanımda hiss edirəm nur simalım.. Ruhundan aldığım mənəvi qidanla nəfəs alıram Atam...
Məkanın cənnət , məqamın uca olsun ... ATA..

P.S BIZDƏ ÖZ NÖVBƏMİZDƏ KÖNÜL XANIMA VƏ YAXINLARINA ALLAHDAN SƏBR DİLƏYİRİK. MƏKANI CƏNNƏT OLSUN İNŞALLAH
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930