dini radikalizm və ekstremizmlə mübarizə

Sərraf bəy sizin bu xeyirxahlığınızı heç vaxt unutmayacayıq

Sərraf bəy sizin bu xeyirxahlığınızı heç vaxt unutmayacayıq
Əziz və Hörmətli həmvətənlilərimiz . Başımıza gələn bir olayı sizinlə paylaşmak istəyirəm.Cunki bunu özümə borc bildim. Bu yaxınlarda atam Şahin Əhmədov Rusiyanın Sankt-peterburq şəhərinə dostlarını ziyarət etmək uçun geətmişdi. Bir neçə gün orada qaldıqdan sonra İsveçə geri dönərkən Hava limanında həbs olundu.Səbəb kimidə 22-il öncə Kazan şəhərində olan bir hadisədə suçlanırdı . Niyyətləri təbii ki,bəlli idi. Gunahı olmadığı halda həbs etmək. Mən atamla telefon əlaqəsi saxladığım zaman,mənə həbs olunduğunu və Kazan şəhərinə aparılacağını bildirdi.Sonra mənə bir şəxsin ismini deyib onunla telefon əlaqəsi saxlamağımı istədi.Çunki,həmin şəxsin atama kömək edəcəyindən əmin idi. Mənim atam Şahin Əhmədov mərd və xeyirxah bir insan olduğu üçün,dostlarınında onun kimi olacağından heç bir şübhəm yox idi.Amma atamın bəhs etdiyi bu şəxslə necə əlaqə saxlayacağımı bilmirdim sözün açığı.Bir qədər şəxsi Facəbook səhifəsindən maraqlandım.Böyuk həcmdə xəyirxah işlərin iştirakçısı və birbaşa təşkilatçısı olduğunu öyrəndim. Sözü gədən bu şəxs Birləşmiş Dünya Azərbaycanlıları təşkilatının prezidenti Sərraf Sabiroğlu Kərimov idi. Heç bir tanışlığım olmasada atam Şahin Əhmədovun həbs olunması barədə Sərraf bəyə müraciət etmək qərarına gəldim. Sərraf Kərimov məsələyə dərhal reaksiya verərək nə gərəkdirsə edəcəyini bildirdi. İnanın ki,belə səmimiyyətlə qarşılaşdığım üçün çox böyük qürur hissi keçirdim. Çünki vətənini,elini-obasını,millətini bu cür səvən şəxsiyyətlərə qürbətdə daha çox ehtiyacımız var. Təsəvvür edin atamı Kazan şəhərinə apardıqları andan, demək olar ki,hər gün bir cox hallarda isə gecə saat 1-2 radələrinə qədər atamla maraqlanmış,onun yanında olmuş və birbaşa dəstəyini göstərmişdir. Düzünü demək lazımdır ki,bu cür isti mehriban və təmənnasız münasibətlə hər zaman rastlaşmaq olmur.Nəticə Sərraf bəyin gərgin zəhməti və birbaşa köməkliyi ilə haqq-ədalət öz yerini tutdu. Söz verdiyi kimi sözünə əməl ətdi. Sərraf bəy mənimlə əlaqə saxladı-Ramilə xanım gözünüz aydın,sabah atanız yanınıza gəlir.Sevincimin həddi-hüdudu yox idi.Kövrələrək təşəkkür etdim və zəhmət verdiyimizi bildirdim. Cavabında Sərraf bəyin-həmvətənlilərimizə yardım etmək mənim mənəvi borcumdur deməsi məni dahada kövrəltdi. Eyni zamanda böyük qürur hissi keçirtdim. Şükürlər olsun ki,vətənimizin, xalqımızın bələ mərd övladları,dəyərli şəxsiyyətləri var. Sərraf bəy sizin bu xeyirxahlıgınızı heç vaxt unutmayacayıq. Tanrı sizi qorusun.



Hörmətlə

Ramilə Şahin qızı Əliyeva

Oxunub: 933
Oxşar xəbərlər
SON XƏBƏRLƏR