» » TÜRKİYƏ TÜRK VƏ İSLAM DÜNYASININ ÜMİD YERİDİR

TÜRKİYƏ TÜRK VƏ İSLAM DÜNYASININ ÜMİD YERİDİR

  • 26-10-2018, 13:15
  • Gundem
  • 120
TÜRKİYƏ TÜRK VƏ İSLAM DÜNYASININ ÜMİD YERİDİR
“Türkiyə, həm Türk dünyasının və həm də İslam aləminin ümid işığıdır. Bu işığın sönməsi, həm İslam aləminin və həm də Türk dünyasının qaranlığa basdırılması deməkdir”.
Çeçenistan İçkeriya Respublikasının ilk Prezidenti mərhum Cövhər Musa oğlu Dudayev
Türkiyə daha əvvəllər “Anadolu” adlanırdı.Anadolu Bizans imperiyasının bəlkə də sütunu olan bir yer idi ki, Oğuz soyunun Qınıq boyundan olan Səlcuqlular sülaləsi 1071-ci ilin avqust ayının 26-da baş verən məşhur Malazgird döyüşünün nəticəsində Bizans imperiyasının həmin o güclü sütununu sındırdılar və adını qeyd etdiyim Anadolu torpağını ələ keçirdilər.
Səlcuqlular sülaləsi yer üzərində Allahın ədalətini bərqərar etmək istəyirdi. Səlcuqlulardan sonra onların bu müqəddəs işini Oğuz soyunun Qayı boyundan gələn Osmanlı sülaləsi davam etdirdi. Ümumiyyətlə, demək istəyirəm ki, Türkiyə və türklər hər zaman Türk-İslam dünyasının dayağı olmuşdur. Bu günləri, İslam dininin ən birinci beşiyi Məkkə şəhəridirsə, ikinci beşiyi Türkiyədir. Çünki, XI əsrdə İslam dini məhv olmaq astanasında idi. Ancaq uca Allah türk qövmünü meydana çıxartdı və öz dinini, məhz onların vasitəsilə mühafizə etdi, şərəfləndirdi, izzətləndirdi.
Bir çox möhtərəm İslam alimləri, mötəbər şəxslər belə qənaətdədirlər ki, Allah-Təala Əl-Maidə surəsinin 54-cü ayəsini, məhz türk milləti haqqında buyurmuşdur. Allah-Təala Qurani-Kərimdə Əl-Maidə surəsinin 54-cü ayəsində belə buyurmuşdur:
“Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!”
Bunu da qeyd etmək istəyirəm ki, indiki dövrümüzdə nə ərəblər və nə də öz ölkəsini “İslam Respublikası” adlandırmış fars milləti türklər kimi İslam dininə dəyər verməyi bacarmır və bacara da bilməz. Ərəb xilafətinin zamanında heç İslam dini Yaxın və Orta Şərqdən başqa digər ölkələrə yayılmamışdı ki, Osmanlı imperiyasının zamanında öz hüdudlarını aşdı və dünya bu dini, məhz igid Osmanlı əsgərlərinin sayəsində tanıdı. İndi ədalətlə özünüz qərar verin, sizcə, hansılar daha yaxşıdır: türklər, yoxsa ərəblər? “Təbii ki, türklər!”-deyə, cavab verəcəyinizi düşünürəm, əziz oxucular!Dünya daima Türk millətinin şücaətindən, ədalətindən və gücündən ağızdolusu danışmışdır. Bunu heç kim dana və inkar edə bilməz. Böyük şairimiz Mirzə Əliəkbər Sabirin gözəl demişdir:
“Neyləməli, göz görür, əqlim kəsir,
Mən günəşi göydə dana bilmirəm!”
Sevgili Peyğəmbərimiz olan Həzrəti Məhəmməd(s.a.s) türklər haqqında çox gözəl, dəyərli və tarixi sözlər demişdir və onları sizlərə təqdim etməyi bir türk və müsəlman kimi özümə borc bilirəm. Əziz İslam Peyğəmbəri buyurmuşdur:
“Konstantinopol mütləq fəth olunacaqdır. Onu fəth edən sərkərdə nə ulu sərkərdə, onun əsgərləri isə nə yaxşı əsgərlərdir”.
“Türk dilini öyrənin. Çünki, onların uzun sürən hakimiyyəti olacaqdır”.
“Allahın Şərqdə bir ordusu vardır. Onun adını “Türk” qoymuşdur. Özünə qarşı çıxanlardan onların vasitəsilə intiqam alır”.
“Türklər Dünyaya iki dəfə hökm edəcəkdir”.
“Türklər sizə toxunmadıqca, siz də onlara əsla toxunmayın”.
“Sizlər türklər ilə döyüşmədikcə, Qiyamət qopmayacaqdır”.
Napoleon Bonapart:“Türklər öldürülə bilər, yalnız məğlub edilə bilməzlər”.
Corc Bayron: “Qılıncı insafsız bir bacarıqla vuran türk, yendiyi insanların yarasını sarmaqda da ustadır”.
Lamartine: “İrq və imperatorluq olaraq türklər, məncə, geniş imperatorluqlar içərisində yaşayan xalqların ən başda olanıdır”.
İsveç kralı olan XII Karl ruslardan qaçaraq Osmanlı imperiyasına sığınanda türklər haqqında, məhz bu sözləri demişdir: “Bu qədər alicənab, bu qədər nəcib, bu qədər nəzakətli bir millətin arasında azad bir əsir olaraq yaşamaq, bilsən, necə xoşdur”.
Raimondo Montekukolli: “Türklər millətləri bir dəfə yenir, amma qazandıqları zəfərləri ruhlara və nəsillərə nəqş edə bilirlər”.
İbni Hassul: “Cəsarət və qorxmazlıq baxımından türklərdən üstün, böyük hədəflərə çatmaq baxımından da dəyanətli ikinci bir millət yoxdur. Cənabı-Haqq onları Aslan sifətindən yaratmışdır”.
Pierre Loti: “Türk nəciblərin nəcibidir. Qondarma olmayan bu nəciblik ona təbiətin hədiyyəsidir”.
Çarnayev: “Döyüşün zövqünü almaq istəyən hər kəs türklər ilə savaşmalıdır”.
Villiam Pitt: “Türklərin tək sevdiyi şey haqdır və ədalətdir”.
Hamilton: “Türklər qədər Vətəni uğrunda canını verməyə hazır millət yoxdur”.
Mulman: “Türk kimi ölümə gülərək baxan bir əri başqa millətdə tapa bilməzsiniz. Yalnız ona yaxşı bir sərkərdə lazımdır”.
Baron Büsbek: “Türk cəmiyyətində insani xüsusiyyətdən və dəyərlərdən başqa heç bir şeyə önəm verilmir”.
Hammer: “Türklər dövlət qurmaqda və yıxmaqda ustadırlar. Tarix onlardan çox şey öyrəndi”.
Monradgea Dohson: “Onlar bir-birlərinə borclu olduqları işləri yerinə yetirmək üçün başqa ölkələrdə olduğu kimi sənədləşməyə və yazılı sübuta ehtiyac görmürlər. Onların təriflənməyə haqlı olduqları üstünlüklərindən biri də verdikləri sözə həmişəlik sadiq qalmalarıdır”.
Adolf Hitler: “Türklər elə bir millətdir ki, həyatda bir dənə belə qalsa, dövlət qurub, intiqamını alır”.
Allah-Təala öz izzəti cəh-cəlalı xatirinə, Azərbaycanımız və millətimiz də daxil olmaqla, bütün Türk və İslam dünyasını qorusun və düşmənlərimizin fitnəsindən hamımızı mühafizə etsin, amin!

Ərtoğrul Osman Əfəndi
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930