dini radikalizm və ekstremizmlə mübarizə

Sərnişinlərin diqqətinə! - Bəzi avtobusların hərəkət sxemində dəyişiklik edildi

Sərnişinlərin diqqətinə! - Bəzi avtobusların hərəkət sxemində dəyişiklik edildi
Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq 51, 71, 139 və 204 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən ATV.az-a verilən məlumata görə, 51 nömrəli marşrut xətti üzrə avtobusların Rüstəm Rüstəmov-Bəkir Çobanzadə-Mehdi Abbasov-İmadəddin Nəsimi küçələrindən keçməsi təmin ediləcək. 71 nömrəli marşrut xətti üzrə avtobuslar Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzindən Ziya Bünyadov prospekti istiqamətində hərəkət edərkən Dərnəgül 1 yoluna İslam Abışov küçəsindən keçməklə çıxacaq. 139 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi uzadılaraq son dayanacaq məntəqəsi Savalan yaşayış massivindəki 28 nömrəli tam orta məktəbin qarşısı müəyyən edilib, 204 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət istiqaməti isə Həsən bəy Zərdabi küçəsindən keçməklə yeni təmir olunan “Mədən küçəsi” yolunadək uzadılıb.

Oxunub: 622
Oxşar xəbərlər
SON XƏBƏRLƏR