Vyetnam parlamenti iqtidardakı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Nquen Fu Çonqu ölkənin yeni prezidenti seçib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Konstitusiyaya əsasən, ölkədə ali hakimiyyət pilləsi olaraq rəhbərləri təyin etmək və ya istefaya göndərmək səlahiyyətinə malik parlamentin Nəzarət Komissiyası məlumat yayıb.
Qeyd edək ki, ölkəyə 2016-cı ildən rəhbərlik edən əvvəlki Prezident Çan Dai Kuanq bu il sentyabrın 21-də vəfat etdikdən sonra dövlət başçısı kürsüsü boşalmışdı.