Bir misal var əl tutmaq Əli ə.s qalıb. Şükür ki, bu gün bu çətin dünyamızda çətində, darda olanlara əl tutan insanlar var.
Bəlkə də deyəcəksiz nə üçün Almaz xanım dünyamıza çətin dedi. Axı dünya deyi çətin olan onu çətinləşdirən də, qəlizləçdirən də biz insanlarıq əslində həqiqət də budur.
Bu çətin dediyimiz dünyada nə edək, necə edək ki, yaşamaq asanlaşsın ağrılar, acılar azalsın.
Nə edək ki, insanlar bir-birinə əlindən gələn köməyi əsirgəməsin.
Nə edək ki, xeyir şərə qalib gəlsin.
Nə edə ki, qəlblərdən iman əskik olmasın.
Axı necə addım ataq ki, insanlıq ölməsin.
Mən bu saydıqlarıma bir tək cavab tapdım. İnsan olaraq Allahın yaratdığı bəndələrini, canlılarını Allah rzasına sevmək.
Bu həyatda çox haqqsızlığlarla karşılaşdım, Allahı başı üzərində görməyənlər tanıdım, insanlara güvənim öldü. Düşünürdüm yəqin ki, bu dünyanı artıq pislər sarıb. Amma belə olmadığını Allah qarşıma çıxardığı insanlarla göstərdi. İlk qırıldığım an Ələsgər müəllimi tanıdım görülən işlərlə bağlı mənə Elman Əsədullayevlə iş görəcəyimi tapşırdı.Beləcə bu insanların çevrəsində dürüst adam kimi adamlarıa qarşılaşdım. Hətda Azərbaycanın hüdudlarından çox kənarda yaşayan
Azərbaycanlı və Türk qardaşlarını tanıdım.
Qərib ölkədə iş quraraq qazandığını vətəninə göndərərək ehtiyacı olanlara imkanı daxilində yardım edən insanlar tanımaq şərəfinə nail oldum.Belə insanlardan birini sizə tanıtmaq istəyirəm. O, El Ele Bielefelt Engelliler Yardımlaşma Dayanışma Dernegi
e.V. rəhbəri olaraq 15 nəfərdən ibarət bir kollektivi ilə çalışır. Almaniyada yaşayan Dursun Karabel əngəllilərin əli, ayağı oldu.
O dünyanın hər yerində yaşayan fiziki əngəlli insanların az da olsa rahat hərəkət etməsi üçün əlindən gələni əsirgəmir. Son illər o Türkiyəyə 18 tır əlil arabası göndərib.
Çox təssüf ki Azərbaycana göndərdiyi 2 tır əlil arabası bizim kömrüydən rüsum alınmadan içəri bıraxılmayıb.
Görürsünüzmü bizim ələllərimiz üçün göndərilən arabalar yüzlərlə insanları çətin durumdan xilas edəcəkdi, amma qanun deyərək istənilən məbləğ Dursun Karabeli çox incidir və o bir müddət müvadilə aparsada arabaları Azərbaycan kömrüyündən keçirə bilmir. O gündən bizdən küsür. Küsməkdə də haqqlı olur. Bizim əllillərimizi qazilərimi düşünən bir insana biz belə laqeyidmi yanaşmalı idik? Yoxsa çıxış yolu axtararaq o əlil arabalarını alaraq fiziki əngəllilərə yardımçı olmalıydıq?
Mənə elə gəlir ki, tapşırıqda olan kömrüy əməkdaşları rəhbərliklərinə müract etsəydi bəlkə də bu məsələ öz həllini tapardı.
Amma bir çoxları nəyimə lazımdır deyərək biganəlik göstərirlər və bu biganəlik çox insanların həyatını qaraldır.
P.S. Dursun Karabel türkiyə vətəndaşı olmasından qürur duyur və harda olmasından asılı olmayaraq qəlbi Vətən eşqiylə döyünür.
O, əlindən gələni Türk dilli xalqlar üçün edir.
Tezliklə təkrar Azərbaycana fiziki əngəlilər üçün arabalar gətirəcəyin söz verdi. Ümidvarıq ki, bu dəfə Dursun Karabel kömrüy rəhbərliyi ilə qarşılıqlı anlaşmaya gələcəklər.
Almaz İlahə