dini radikalizm və ekstremizmlə mübarizə

HEYDƏR ƏLİYEVLƏ BAĞLI ŞİRİNLİ-ACILI XATİRƏLƏR

HEYDƏR ƏLİYEVLƏ  BAĞLI ŞİRİNLİ-ACILI XATİRƏLƏR
Artıq İstanbuldayam. Bilmirəm son dönəm yaşadıqlarım mənim Rəbbimə etdiyim duaların qəbul olunmasıdır? Yoxsa ki, onun heç bir bəndəsinin əziyyətinin boşa çıxmamasına izin verməməsidir?
Bu günkü tarix həyatıma qızıl hərflərlə yazıldı 13.10.2018- ci il İstanbul.
Bu rəsmdə gördüyünüz insan canlı ensklopediyadır. O, Umummilli liderimiz mərhum Heydər əlirza oğlu Əliyevin çox yaxın dostu, nəlkə də tək dostu İbrahim Aydındır.
Onunla görüşməyimizi aylar öncə planlaşdırmışdıq. Bir neçə dəfə telefonla əlaqə saxlamışdıq,amma buna baxmayaraq hər səfərində fərqli maniələrlə qarşılamışdıq. Əksər hallarda İbrahim bəy işlə bağlı xarici dövlətlərdə olurdu. Ankarada olduğum zaman İstanbula gəldiyini öyrəndim, əlaqə yaratdım.
Beləcə görüşəcəyimizi qərarlaşdırdıq və 13.10.2018-ci il bu arzu reallaşdı. Çox gözəl səmimi söhbətimiz oldu. Bu gün İbrahim Aydın ümummilli lider Heydər Əliyev haqqında xatirələrdən söz açdı. Şirinli, acılı xatirələrlə dolu olan İbrahim bəy tez-tez kövrəlirdi, nə qədər çalışsada köz yaşlarını gizləyə bilmirdi. O, Heydər Əliyevli günləri o qədər dəqiqliklə danışırdı ki sanki danışdıqları dünən başvermişdi. Onların dostluğu Heydər Əliyev bu gün həyatda olmasa belə sürdüyünün bir daha şahid oldum. İbrahim bəy nəfəs alacağı sürəcə də bu dostluq davam edəcəyinə əmin oldum. Zaman gələcək o, həyatda olmasa belə bu dostluğu iki xalq bir millət sürdürəcək.
Mən İbrahim Aydın bəyi bax beləcə tanıdım.
Bir insan tanıdım, həyatı zəhmətlə yoğrulan. Hər kəsin köməyinə qaçan.
Bir insan tanıdım, dost gözünə sədaqətlə baxan. Lazım gəlsə dost yolunda ölməyi bacaran. Bir insan tanıdım, dostunun ruhuna belə xəyanət etməyən.
Bir insan tanıdım sərvətini dostun ayaqlarına sərən. Bir insan tanıdım gözlərinin bəbəklərində dostu Heydər Əliyevin baxışlarını daşıyan. Onun əyləşdiyi masasını belə əzizləyən. Baxın mən belə əvəzsiz bir insan tanıdım.
Dostluğu əbədiləşdirən İbrahim Aydın kimi belə insanlar var. Dostluğu qardaşlığa çevirənlər var. Dostluğu ilə xalqına, millətinə, dövlətinə xidmət edən insanlar var. Məhz Heydər Əliyev kimi!
Məhz İbrahim Aydın kimi!
P.S Dahi insan, əvəzolunmaz şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin həyatından ən incə məqamları işıqlandırmaq şərəfini mənə verdikləri üçün İbrahim bəyə, Ələsgər Həkimova dərin təşəkkürümü bildirirəm.

Almaz İlahə

Oxunub: 866
Oxşar xəbərlər
SON XƏBƏRLƏR