dini radikalizm və ekstremizmlə mübarizə

16 Oktyabr - Ümumdünya Ərzaq təhlükəsizliyi günüdür!

16 Oktyabr - Ümumdünya Ərzaq təhlükəsizliyi günüdür!
16 oktyabr 1979 - cu ildən etibarən Ərzaq və Kənd təsərrüfatı Təşkilatının konfransı ilə Ümumdünya Ərzaq günü elan olunmuşdur. Günün elan olunmasında məqsəd əhalini dünyadakı ərzaq problemləri ilə məlumatlandırmaq, yoxsulluq və aclığa qarşı mübarizə aparmaqdır. Hər il dünyanın müxtəlif ölkələrində toplaşan təşkilat üzvləri dünyadakı aclıqla necə mübarizə aparacaqları üzərində çalışırlar. BMT ekspertlərinin məlumatına görə, Asiya və Sakit okean bölgəsinin ölkələrində xroniki aclıqdan təxminən 642 milyon nəfər əziyyət çəkir. Afrika və Saxaranın cənubunda bu rəqəm 265 milyon, Latın Amerikası və Karib hövzəsi ölkələrində isə 53 milyon nəfər təşkil edir. Səneye cəhətdən inkişaf etmiş ölkələrdə isə ac insanların sayı 15 milyon nəfərdir. Ekspertlər hesab edirlər ki, istər qiymətlərin enməsi və iqtisadi rifah dövründə, istərsə də qiymətlərin kəskin artımı və iqtisadi tənəzzül dövründə aclıq çəkənlərin sayının artması ümumdünya ərzaq təhlükəsizliyi sisteminin idarə olunmasında mövcud olan qüsurlarla bağlıdır. Dövrümüzün ən böyük problemi ərzaqların istehsalının hesablanmasının düzgün aparılmamasıdır, həm fiziki, həm də iqtisadi cəhətdən qida və su ilə düzgün təmin olunmamaqdır.
. Dünyada illik 2250 milyon ton taxıl və 7 milyard olan insan sayına diqqət yetirildikdə günlük insan başına düşən taxılın miqdarı təxminən 1 kq hesablanır.
. Bu hesablanmadan da məlum olur ki, aclıq riski yalnız qida çatışmazlığından deyil, həm də qidaların yanlış paylanılmasından da ola bilər. Dünyada milyonlarla insan aclıqla qarşı-qarşıya gələndə eyni sayda da insan köklükdən əzab çəkir.
. Aclığın əsas səbəbi ərzaq məhsullarına çıxışın olmamasıdır. Dünyada istehlak üçün istehsal edilən ərzağın üçdə bir hissəsi - bu da illik əsasda təxminən 1,3 milyard tondur - itirilir və ya tullanılır.
. Aclıqla mübarizə (fight hungry) üçün BMT və Dünya ərzaq proqramı “Dünyaya gedək” adlı layihə üzərində çalışır. Bu mövzuda 1980 - ci illərdə əldə olunan nailiyyətlərə baxmayaraq, 1995 - ci ildən yenə də qidasız qalan insan sayı ciddi sürətdə artır.
. BMT - nin proqnozlarına əsasən 2050 - ci ilə qədər Avropa və Mərkəzi Asiya regionunda aclıq səviyyəsinin, həmçinin taxıl məhsullarının istehlakının azalacağı, ət və süd məhsullarının istehlakının isə artacağı gözlənilir.
. Ölkə iqtisadiyyatının sürətli inkişafı, insanların rifahının günü - gündən yaxşılaşması, paytaxt və bölgələrin simasının nəzərəçarpacaq dərəcədə yeniləşməsi həyata keçirilən düzgün və düşünülmüş siyasətin məntiqi nəticəsidir. Azərbaycan qeyri - neft sektorunun prioritetliyinə əsaslanan inkişaf yolu seçməklə yanaşı, aqrar - sənaye sahəsinin yüksəlişinə də xüsusi diqqət yetirir. Əhalinin böyük bir qisminin gəlirləri məhz aqrar bölmədə formalaşdığından bu sahə böyük əhəmiyyət kəsb edir. Müstəqil Azərbaycanın zəngin və əlverişli torpaq - iqlim şəraiti də dünya bazarında yüksək rəqabət qabiliyyətinə malik olan keyfiyyətli ərzaq məhsulları istehsalı üçün səmərəli şərait yaradır.
Aqrar sahə ölkə iqtisadiyyatının aparıcı qolunu təşkil edir. Etibarlı ərzaq təminatı isə hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Dövlətimizin uğurlu sosial - iqtisadi siyasəti və həyata keçirdiyi köklü islahatlar nəticəsində son illər aqrar sahənin davamlı yüksəlişinə, əhalinin daxili istehsal hesabına zəruri kənd təsərrüfatı məhsulları ilə təchizatına əsasən nail olunmuşdur. Dövlətimiz bu sahədə mövcud problemlərin həllini, onun maddi - texniki bazasının möhkəmləndirilməsini daim diqqətdə saxlayır, fermerlərə, şəxsi təsərrüfat sahiblərinə hər cür şərait yaradır. Kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını stimullaşdırmaq məqsədilə aqrar sahəyə bir neçə istiqamətdə yardım edilir. Ölkədə aqrar - sənaye kompleksini inkişaf etdirmək, ərzaq təminatını yaxşılaşdırmaq üçün, ilk növbədə, qanunvericilik bazası təkmilləşdirilir. Fermerlərə yanacağın, motor yağlarının və mineral gübrələrin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların verilməsi təmin edilir, texniki təminatın yaxşılaşdırılması üçün istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnikalar verilir. Kənd təsərrüfatının inkişafında, istehsalçıların texnika ilə yüksək səviyyədə təminatında “Aqrolizinq” ASC önəmli yer tutur. Belə ki, bu qurum fəaliyyətə başladığı dövrdən kənd təsərrüfatı məhsulları istehsalçılarının təminatı daha da yaxşılaşdırılmış, aqrotexniki servis xidmətlərinin fəaliyyət dairəsi genişlənmişdir.

16 Oktyabr - Ümumdünya Ərzaq təhlükəsizliyi günüdür!

Oxunub: 893
Oxşar xəbərlər
SON XƏBƏRLƏR