dini radikalizm və ekstremizmlə mübarizə

Mənim Qarabağsız ötən çağımı, Nə ömrə, nə də ki, yaşa yaz, həkim!

Mənim Qarabağsız ötən çağımı, Nə ömrə, nə də ki, yaşa yaz, həkim!

Mənim reseptimə dərman yerinə,
Təbrizlə Göyçəni qoşa yaz, həkim!
Başqa həb axtarıb, məlhəm arama,
Qubadlı, Kəlbəcər, Şuşa yaz, həkim!
Nəbzimi tutmağa yoxdur ehtiyac ,
Ürəyim azadlıq sözünə möhtac .
Olmasam vətənin dərdinə əlac ,
Adımı qayaya, daşa yaz, həkim!
İçim sızıldayır Laçından yana,
Batır qələmini, batır al qana,
Dəryada balığa, düzdə ceyrana,
Dərdimi səmada quşa yaz, həkim!
Bula al qanıma, al bayrağımı,
Dərdimə əlacçün yaz torpağımı,
Mənim Qarabağsız ötən çağımı,
Nə ömrə, nə də ki, yaşa yaz, həkim!
Görməkdir dünyada dərdin çətini,
Torpaq yanğısını, el möhnətini,
Sən Vətən dərdini, yurd həsrətini,
Min dərdin içində başa yaz, həkim!

Fikrət Məmmədli.

P.S. Bu sabah qarşılaşdığım və ürək yanğısı ilə dəfələrlə oxuyub təsirləndiyim şeir.

Umuxanim Huseynzadə

Oxunub: 1 051
Oxşar xəbərlər
SON XƏBƏRLƏR