dini radikalizm və ekstremizmlə mübarizə

Yaqubov İlkin Rəfail oğlu

Yaqubov İlkin Rəfail oğlu
Yaqubov İlkin Rəfail oğlu N.Aslanov adına Ləj kənd orta məktəbinin hazırki direktorudur.Yaqubov İlkin Rəfail oğlu 1 avqust 1977-ci ildə Lənkəran rayonu Ləj kəndində anadan olmuşdur.1983-cü il sentyabrın 1 – də Ləj kənd səkkizillik natamam məktəbin I sinifinə qəbul olunmuşdur.1994-cü ildə həmin məktəbin XI sinifini bitirmişdir.Elə həmin il N.Tusi adına Azərbaycan Dövlət Pedoqopji Universitetinin “coğrafiya “ fakültəsinə qəbul olunmuşdur.Bir il həmin ali məktəbdə oxuduqdan sonra ,ailə vəziyyəti ilə əlaqədar təhsilini Lənkəran Dövlət Universitetinin “coğrafiya” fakültəsində davam etdirmişdir.1998-ci ildə ali məktəbi bitirib Ləj kənd orta məktəbində müəllim fəaliyyətinə başlamışdır.İki ay işlədikdən sonra həqiqi hərbi xidmətə çağırılmışdır.1999-cu ildə ordudan tərxis olunmuş və yenidən Ləj məktəbində öz müəllim fəaliyyətini davam etdirmişdir.Hələ məktəb illərdində “Ləj çayçılıq sovxozunda” 3 aylıq mövsumi fəhlə işləmişdir.
Tezliklə şagirdlərin yaxın dostu,sirdaşı,qayğıkeşi,düşünəni,onların bu günü və gələcəyi üçün narahat olanı,yolgöstərəni və bələdçisi olan İlkin müəllim istər pedoqoji kollektivin,istərsə də şagirdlərin böyük rəğbətini qazanaır.İxtisasını dərindən bilməsi ali məktəblərə qəbul olunan şagirdlərin siyahısında böyük irəliləyişlərə gətirib çıxarır.Olimpiada larda coğrafiya fənni üzrə uğurlar qazanılır.Həmin uğurlar məktəb rəhbərliyi tərəfindən qiymətləndirilir.
Yüksək peşəkarlığı,pedoqoji kollektiv arasında ilbəil artan nüfuzu nəzərə alınaraq İlkin Yaqubov 2010-cu il aprelin 1-də irəli çəkilərək Ləj kənd tam orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor muavini təyin edilir.Bir müddət işlədikdən sonra sənədlərini direktor vəzifəsinə işə qəbul olunmaq üçün təqdim edir.Bakı şəhərində imtahanı müvəffəqiyyətlə verən İlkin Yaqubov 2012-ci ilin martın 2-də N.Aslanov adına Ləj kənd tam orta məktəbinə direktor təyin edilir.Daim Ləj kənd tam orta məktəbinin uğurları üçün çalışan İlkin Yaqubov demək olar ki,məqsədinə nail olur və bir sıra uğurlar əldə edir.şŞagirdləri arasında 600 –dən yuxarı bal toplayanlar olur,olimpiadanın resoublika turuna vəsiqə qazanılır.Ali məktəblərə qəbul olunanların statistikasında dəyişikliklər baş verir.Bütün bu uğurlu fəaliyyət istər Lənkıran Şəhər İcra Hakimiyyəti ,istərsə də Lənkəran Təhsil Şöbəsinin diqqətindən yaqyınmamış və İlkin Yaqubov 5 oktyabr Beynəlxalq müəllim günü münasibətilə keçirilən tədbirdə təhsilin inkişafında səmərəli fəaliyyətinə görə Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla və qiymətli hədiyyə ilə mükafatlandırılır.
2017-ci il ildə isə Yaqubov İlkin Rəfail oğlu Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar təşkilatının rəy sorğusuna əsasən ,”ilin nüfuzlu ziyalısı” seçilmiş və fəxri fərman medalla təltif edilmişdir.Həmin ildən Az.KİVİHT –nin üzvü seçilmişdir.Yeni Azərbaycan Partiyasının üzvüdür.Ailəlidi və iki övladı var.

Aksin Mistanli
Tarixci-Arasdirmaci

Oxunub: 1 033
Oxşar xəbərlər
SON XƏBƏRLƏR