dini radikalizm və ekstremizmlə mübarizə

ƏMƏKDAR MƏŞQÇİ ELMAN ƏSGƏROVUN, DƏLƏDUZLUQ FAKTI İLƏ İŞDƏN AZAD OLUNAN ƏJDƏR CƏFƏROV HAQQINDA SÖYLƏDİKLƏRİ

ƏMƏKDAR MƏŞQÇİ ELMAN ƏSGƏROVUN, DƏLƏDUZLUQ FAKTI İLƏ İŞDƏN AZAD OLUNAN ƏJDƏR CƏFƏROV HAQQINDA SÖYLƏDİKLƏRİ
Son zamanlar mətbuatda gündəmdə olan Güləş federasiyasının keçmiş baş katibi Əjdər Cəfərov haqqında müxtəlif başlıqlı yazılar yer almışdır.
İdmanla heç bir əlaqəsi olmadığı halda müxtəlif vasitələrdən istifadə etməklə AGF-nin baş katibi vəzifəsinə yüksəlməyə nail olur.
Çalışdığı illər ərzində Ə. Cəfərov federasiyanın vəsaitini mənimsəməklə kifayətlənməyərək, idmançıları, məşqçiləri sıxışdıraraq külli miqdarda pul tələb etmişdir. Onunla razılaşmayan idmançıları və məşqçiləri isə müxtəlif bəhanələrlə yarışlardan və işdən azad etmişdir. Keçmiş baş katib 5-il AGF-də baş katib işlədiyi illərdə AGF-nın ən profesional məşqçilərini işdən kənarlaşdırır.
Əjdər Cəfərovun külli miqdarda yeyintiyə yol verməsi və dələduzluq faktları aşkarlandıqda o, işdən azad edilır. Amma onun atdığı bu çirkin addımlar AGF-na böyük zərbələr vurmasına gətirib çıxarır. Əjdər Cəfərov bu kimi qanunsuzluğa yol verməsi cəzasız qalır o, hansısa yollarla məsuliyyətdən yayınır. Bir müddət ortalığda görünməyən Ə. Cəfərov yeni işə təyin olunduqdan sonra mətbuatda müxtəlif başlıqlarla yazılan mövzular onu təkrarən adını gündəmdə hallandırır. Onun 2 saylı Uşaq Gənclər İdman məktəbinə direktor təyin olunması, uşaqların və yeniyetmələrin təhsil aldığı bir təhsil ocağına yeyinti və dələduzluqda ittiham edilən bir insanın rəhbər təyin olunması Əjdər Cəfərovun haqqsızlıq etdiyi idmançılar və məşqçiləri riqqətə gətirmişdir.
Bu günkü müsahibimiz məhz Əjdər Cəfərovun haqqsızlığı və rüşvətxorluğunun qurbanına çevrilən Əməkdar məşqçi II qat-Avropa mükafatçısı, Olimpiya Oyunlarının iştirakçısı 2009-2012-ci illərdə yığma komandanın məşqçisi olmuş Elman Nadir oğlu Əsgərovdur. O, 2010- cu ildən Toğrul Əsgərovun şəxsi məşqçisi olmuşdur.
T.Əsgərovun şəxsi məşqçisi Elman Əsgərovun dediklərindən:

2010-cu ildə Toğrul Əsgərov böyüklər arasında keçirilən Dünya Çempionatının gümüş mükafatçısı oldu. 2011-ci ildə isə gənclər arasında dünya cempionu, 2012- ci ildə isə Toğrul Əsgərov Avropa və Olimpiya Çempionu oldu. Mükafatlandırmadan az sonra Əjdər Cəfərov məndən külli miqdarda rüşvət istədi və məşqçilərin hər birinin onunla 50/ 50-yə işlədiyini bildirdi. Mən imtina etdikdə isə mənə dedi: - yaxşı onda baxarıq "bu oyunda kimin uduzub, kim udacağını görəcəyik" deyərək məni hədələdi. Öz işimi bildiyim üçün əsla narahat olmadım. Amma bir müddətdən sonra Əjdər Cəfərov məni işimə səhlənkar yanaşmağımda günahlandıraraq işdən azad etdi.

2013 -cü ildə Avropa çempionatından sonra Sulutəpədə yerləşən 2 nömrəli klubda kiçik yaşlı uşaqların məşqçisi təyin olundum. Bu soyğunçu Əjdər Çəfərovun mənə mədəni dərs verməsi idi. Onun təklifi ilə razılaşmadığım üçün cəzalarım məni işimdən kənarlaşdıraraq Sulutəpəyə göndərməsi ilə başladı.

2015-ci ildə dövlət tərəfindən pul mükafatı ilə təltif olundum. Rüşvətxor ovçu mənim pul mükafatı ilə təltif olunduğumu bilirdi. Əjdər Cəfərov mənimlə əlaqə yaratdı, artıq 2016 - Olimpiya oyunlarına hazırlığ işləri başlamışdı. O, zaman məşqçisi olduğum Toğrul Əsgərovun yanında olmağım vacib idi, yığma komandaya məşqçi işimə qayıtmağım üçün məndən 50 min dollar pul istədi. İlk öncə razılaşmamağıma baxmayaraq sonunda, işimə qayıtmaq arzusu mənim Əjdər Cəfərovla razılaşmağıma gətirib çıxardı. Sadəcə mən 50 min dollar deyil, mənə ayrılan mükafatın üzərinə pul əlavə edərək bir neçə dəfəyə 42 min dolları Əjdər Cəfərova vermək məcburiyyətində qaldım. Əjdər Cəfərov pulu almasına baxmayaraq məni işimə təyin etmədi ilk növbə düşündüm ki, 50 min dollar istəməsinə baxmayaraq mən 42 min dollar verdikdə gücüm yalnız buna çatdığını söyləmişdim, yəqin ki, vaxtı uzatmaqla 8 min dollarıda verəcəyimi gözləyir. Amma mənim düşündüyüm olmadı onun AGF-nın külli miqdarda vəsaitinin mənimsəməsində və dələduzluq faktı ilə işdən qovulduğunu eşitdim. O zaman bir çox idmançılardan və məşqçilərdən külli miqdarda pul aldığını öyrəndim. Zərərçəkənlərin içində ən çox zərbə alan Hicran Şərifovun olduğunu da bilirdim. H. Şərifov kimi nə qədər insan Əjdər Cəfərovun istəyinə uyğun olaraq onun tələb etdiyi məbləği ona vermək məcburiyyətində qalmışdılar.Belə bir korrupsioner, soyğunçu, qaniçənin məsuliyyətdən yayınması tək məni deyil yüzlərlə idmançı, məşqçi və hakimi incitmişdi. Vəzifə səlahiyyətlərindən istifadə edərək hər kəsi özündən asılı saxlayan, istədiyi şərtlər əsasında işləməyə məcbur edən qanunlardan və dövlət rəhbərlərindən qorxmayan soyğunçu heç vaxt dövlətə və dövlətçiliyə yararlı ola bilməz.

P.S. Biz isə bir media nümayəndəsi olaraq belə bir cinayətkarın məsuliyyətdən yayınmasının səbəblərini araşdıracağıq. Məqsədimiz zərərçəkənlərin hər biri ilə əlaqə yaradaraq hüquqlarının bərpasına yardımçı olmaqdır. Araşdırılan faktlar mediada yayımlanmaqla bərabər hüquq mühafizə orqanlarına təqdim olunacaq.
(Mövzuya qayıdacağıq)

Almaz İlahə Davaxanqızı

ƏMƏKDAR MƏŞQÇİ ELMAN ƏSGƏROVUN, DƏLƏDUZLUQ FAKTI İLƏ İŞDƏN AZAD OLUNAN ƏJDƏR CƏFƏROV HAQQINDA SÖYLƏDİKLƏRİ
ƏMƏKDAR MƏŞQÇİ ELMAN ƏSGƏROVUN, DƏLƏDUZLUQ FAKTI İLƏ İŞDƏN AZAD OLUNAN ƏJDƏR CƏFƏROV HAQQINDA SÖYLƏDİKLƏRİ

Oxunub: 3 809
Oxşar xəbərlər
SON XƏBƏRLƏR