dini radikalizm və ekstremizmlə mübarizə

“Mingəçevirdəki enerji qəzasına görə araşdırmalar davam edir” -Baş prokuror

 “Mingəçevirdəki enerji qəzasına görə araşdırmalar davam edir” -Baş prokuror
Baş prokuror Zakir Qaralov Mingəçevirdəki "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı araşdırmaların davam etdirildiyini bildirib.

Baş prokuror jurnalistlərə açıqlamasında deyib ki, hazırda mütəxəssislərin iştirakı ilə qurğulara baxış keçirilir:


"Bu gün də müstəntiqlərimiz hadisə yerindədirlər. Sözsüz ki, biz ilk hallarda həm səhlənkarlıq, həm ciddi maddi pozuntular müəyyən edirik. İstintaq təzə başlayıb. İstintaqın nəticəsi haqqında məlumat verəcəyik. "Azərenerji"nin yeni rəhbərliyi ilə birlikdə əsas məqsədimiz ondan ibarətdir ki, "Azərbaycan" İstilik Elektrik Stansiyasında qısa zamanda təmir-bərpa işi həyata keçirilsin ki, gələcəkdə belə xoşagəlməz hadisə baş verməsin".

Oxunub: 878
Oxşar xəbərlər
SON XƏBƏRLƏR