» » Dön ki, çıxılmaz durumlarda səndən məsləhət alım

Dön ki, çıxılmaz durumlarda səndən məsləhət alım

Dön ki, çıxılmaz durumlarda səndən məsləhət alım
Bu əlləri çiynində görürsənmi, səni bərk-bərk qucaqlayıb. Sən bu çəlimsiz qızcığazın arxa dayağı idin. Səni yenilməyən dağ bilirdi.
Səni tanıdığım uzun illər sən bir kimsəyə yenilmədin, sənə çox güvəndik o günə kimi.Sən məhz 26.09.2012- cü il heç kimə, heç nəyə yenilməyən gözəl insan niyə ölümə yenildin?
O gündən daha da çətin oldu sənsizliklə barışmaq. İki övladının nazını çəkmək üçün çox çalışdım nə etsəmdə üzlərindəki təbəssüm qəmlə sarmaşıq oldu. Gözlərindəki kədər məni həmişə göynətdi sənin yoxluğun kimi. Nə etsəmdə olmadı, qızın ailəsindən inciyəndə ilk bu cümləni dedi : Atam olsaydı belə olmazdı!
Oğlunun xidmət etdiyi hərbi hissəyə getdikdə dedi: Ana sənə gəlmə demişdim.
Amma mənim kövrəldiyimi gördükdə qucaqlayaraq pıçıldadı. Əlbətdə atam olsaydı sənin burada nə işin olardı ki...
Bax belə Əhmədov görürsənmi sənsiz olmur.
Geri gələ bilsən dön gəl... Dön ki, övladların sənsizlik niskilini silib atsınlar... Dön ki, bu zərif çiyinlərimdən yüküm azalsın... Dön ki, gecələri əksinlə dərdləşməyim... Dön ki, çıxılmaz durumlarda səndən məsləhət alım... Dön ki,ağlayarkən gözümün yaşın silənim olsun, qızdırmadan sayıqlayarkən bir bardaq su verənim olsun...Dön ki, mənim şıltaq zarafatlarıma bəzən sərt cavab verən olsun...
Dön... Gəlişinlə, dönüşünlə dağılmaz ki, bu cahan. Dön geri dön məni sənsiz bırakmamaq üçün geri dön can yoldaşım həyat dostum, geri dön!(((((((((((...

Almaz İlahə
Təsisçi
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031