dini radikalizm və ekstremizmlə mübarizə

ƏJDƏR CƏFƏROV AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASININ SOYĞUNÇU BAŞ KATİBİ

ƏJDƏR CƏFƏROV  AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASININ SOYĞUNÇU BAŞ KATİBİ
Əjdər Cəfərov Güləş Federasiyasının ən uğurlu baş katibi başlığı ilə yazılan yazı məndə çox böyük maraq oyatdı. Deyəcəksiniz ki, nədən, niyədə olmasın?
Ay başınıza dönüm belə də ağ yalan yazmaq olarmı?
5 milyon azərbaycan manatını mənimsəyən necə olur ki, ən uğurlu baş katib adını qazanır?
Səriştəli cibgirliyinə görəmi, ustalığla soyğunçuluq etdiyinə görəmi? Yoxsa ki, Güləş Federasiyasının illərlə əldə etdiyi məşqçiləri darmadağın etdiyinə görəmi?
Yazıda qeyd olunur ki, Əjdər Cəfərovun fəaliyyət dövrünə nəzər saldıqda görürük ki, güləş camiyyəsində yetişməsi ona çox kömək edib.
Maraqlıdır hansı yetişməsindən söz açılır?
Güləş Federasiyasını çökdürərək, idmançıların, məşqsilərin haqqına girərək əldə etdiyi pullarla özü üçün villalar, bahalı maşınlar müxtəlif abyektlər alaraqmı?
Kasıb bir oğlan 5 il ərzində necə milyonçu oldu? Əjdət Cəfərovun az bir müddətdə qazandığı milyonları, rüşvətxorluğu dövlət əmlakını mənimsəməsi, vəzifə səlahiyyətlərindən sui istifadə etməsi nə üçün hüquq mühafizə orqanlarının nəzərindən yayınıb?
Nəzərinizə çatdırım ki, Əjdər Cəfərov 2016-ci ilin fevral ayında küllü miqdarda idmançılara ayrılmış vəsaiti müxtəlif yollarla əldə etdiyi üçün işdən qovulmuşdur. Buna baxmayaraq bu gün artıq o, 2 nömrəli Uşaq Gənclər İdman məktəbinə rəhbər təyin olunub. Belə bir rüşvətxor uşaqlara, gənclərə dövlət vəsaitinin mənimsənməsinimi öyrədəcək?

Oxunub: 1 014
Oxşar xəbərlər
SON XƏBƏRLƏR