dini radikalizm və ekstremizmlə mübarizə

Talk Tv- 3 il

Talk Tv- 3 il
Yaranmasından artıq 3 il ötdü.Sizi deyərək,bu çətin yola çıxdıq. Hər şeyi olduğu kimi ,obyektiv ,qərəzsiz və vaxtında işıqlandırmağa çalışdıq.Xalqın səsi olmaq istədik.Deyə bilmədiklərini, haqsızlıqları göstərmək istədik.Istədik ki,narazılıqlar ünvanlarına çatsın və həll yolunu tapsın.Sevincli və kədərli günlərində insanlarla olmaq istədik. Bunu nə dərəcədə edə bildik,deyə bilmərəm.Sizin verdiyiniz dəyər,xəbər və süjetlərimizə baxışlarınz və yazdığınız rəylər bizi daha da ruhlandırdı .Bəzən qınandıq,bəzən danlandıq və bəzən də sevildik.Beləcə 3 ili arxada qoyduq.Bizi sevənlər də oldu, sevməyənlər də., amma biz hamını sevdik.Bəlkə,sevməyənləri daha çox sevdik.
Gah müxalifət,gah da iqtidar adlandırıldıq. Müstəqil media qurumu olduğumuzu sübut edənə qədər bəzən bezdik,yorulduq və usandıq .Lakin yenə əzmkarlığımızdan dönmədik.Dönmədik ki,addımlayaq,dönmədik ki,sözümüzü deyə bilək.
Bu işdə Sizə arxalandıq əziz izləyicilərimiz.Bundan sonra da əzm və qətiyyətlə işləyəcəyik.Siz bizi dəstəkləyənə qədər sizinləyik.

Mehriban Sadıqova

Talk Tv- 3 il

Oxunub: 659
Oxşar xəbərlər
SON XƏBƏRLƏR