dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanın vətənpərvər uşaq,yeniyetmə və gəncləri var olsun!

Azərbaycanın vətənpərvər uşaq,yeniyetmə və gəncləri var olsun!
Azərbaycan xalqı qonaqpərvər, dostcanlı olduğu qədər də vətənpərvərdir.Məmur özbaşınalığına son qoyulsa, təhsil ocaqlarında sağlamlıqlarını itirən pedaqoqlara yüksək miqdarda maaş ayrılsa,onların zəhməti vaxtında qiymətləndirilsə, Lütvi-zadələrin, Kərim Kərimovların, Mehdi Hüseynzadələrin, Füzuli Rüstəmov, Əlif Hacıyev, Tofiq Hüseynov, Araz Səlimov, Ələsgər Novruzov, Tabil Həsənov, Ramiz Qəmbərov, İsgəndər Aznaurov, Həsənqulu Qasımov, Albert Aqarunov, Seyidağa Mövsümlü, Mübariz İbrahimov, Ramil Səfərov, Fred Asif Məhərrəmov, Allahverdi və Eldar Bağırov, Mayis Barxudarovların sayı çox olar.
Var olsun, vətənpərvər Azərbaycan uşaq, yeniyetmə və gəncləri!
Onlara təlim-tərbiyə verən valideyn və müəllimlərin qarşısında baş əyirəm!
Şəkildə:Cəbrayıl rayonundakı Tatar kənd tam orta məktəbinin və Saatlı şəhər 1 saylı tam orta məktəbinin bir qrup şagirdi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbində milli vətənpərvərlik ruhunda bir tədbir.Təşkilat rəhbəri olaraq Respublikanın Əməkdar Mədəniyyət işçisi Mehdi Mehdizadəyə və Cəbrayıl rayonundakı Tatar kənd tam orta məktəbinin direktoru Xanım Əfsanə İbrahimovaya təşəkkür edirəm.
Bütün iştirakçıları salamlayır,şəhidlərin narahat ruhları qarşısında baş əyirəm.


Hörmətlə,


Shamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin sədri.

Oxunub: 903
Oxşar xəbərlər
SON XƏBƏRLƏR