dini radikalizm və ekstremizmlə mübarizə

Cavid Qurbanov "Şöhrət" ordeninə layiq görüldü

Cavid Qurbanov "Şöhrət" ordeninə layiq görüldü
Cavid Qurbanov "Şöhrət" ordeninə layiq görüldü

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qənbər oğlu Qurbanov xeyirxah əməllərilə seçilən insandır. O, Kəlbəcər rayonunun imkansız sakinlərinə, şəhid ailələrinə, müharibə əlillərinə daim diqqət və qayğı göstərir. 60 illik yubileyi ərəfəsində o, Dövlət Başçısının Sərəncamı ilə "Şöhrət" ordeninə layiq görüldü. "Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondu", "Xocalı Soyqırımını Tanıtma" və "Sosial Rifah və Tədqiqatlar" ictimai birliklərinin fəalları 60 illik yubileyi münasibətilə hörmətli Cavid Qurbanovu təbrik edir, gələcək doğum günlərini düşmən tapdağından azad ediləcək torpaqlarda qeyd etməyi arzulayırlar.
Xatırladıram ki, Texnika elmləri namizədi Cavid Qurbanov 1958-ci ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 2015-ci il fevralın 9-da "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib.Yeni Azərbaycan Partiyasının üzvüdür. 2016-cı il oktyabrın 12-də Azərbaycan Voleybol Federasiyasına rəhbər təyin olunub.

Şamilə Şamilqızı,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III kurs tələbəsi,
"fact-info.az" və "xebertv.az" saytlarının xüsusi müxbiri.

Oxunub: 862
Oxşar xəbərlər
SON XƏBƏRLƏR