dini radikalizm və ekstremizmlə mübarizə

MƏNƏ AİLƏSİNİ SEVDİRƏN ŞƏHİDİM

MƏNƏ AİLƏSİNİ SEVDİRƏN ŞƏHİDİM
Artıq beş ildir ki,yoxsan Anar.Çətin keçdi bu illər anan üçün,səni sevənlər üçün.Bu gün sənin işığına yığışmışdıq.Bilmirəm niyə,amma tanıdığım müddətdə Fərqanə xanım o qədər mənə doğmalaşdı,əzizləşdi ki,onun yanında olmaq, dərdini bölüşmək istədim.Anar,nə qədər səmimi ailən var, heç bilirsən öz doğmam kimi necə sevdim onları.Səmimi və saf insanları tanıtdığın üçün mənə sənə çox sağ ol deyirəm.Şəhidim,nur üzlüm onları sənə görə tanıdım e,sənə görə sevdim .İgidim,sevdiyin qızla da danışdım e...yəqin, acığın tutmaz,icazə verərsən mənə. Dili ,dodağı titrədiye adın gələndə. Igidim, sənli xatirələri ondan almamaq üçün az qalırdı yalvarsın e..Cənnət qoxulum, kaş sənin toy gününə gələrdim.Param-parça oldum e..yaza bilmirəm.Anan hərbi xidmətdə olduğun zamanlarda ,dostunla onun üçün göndərdiyin qızılgülü əzizləyib ,saxlayıb e..Əlim titrəyə-titrəyə gülün ləçəklərini qoxuladım .Sənin ətrin gəlirdi .solmayan gül ətri.Bu möcüzəydimi? Axı gül quruduqca bu qədər gözəl ətri saxlaya bilmir. Yoxsa,sən ona cənnətin qoxusundan bir damla qatdın həmin an? Ya məni bir anlıq zirvədə olduğunu göstərmək üçün xəyal aləminə apardın? Məqamına qurban olduğum ərənim , sən Vətən üçün canından keçdin. Qəhrəmanım ,axı bu ən gözəl məqamdır. Sən buna könüllü və sevərək getdin.Bu rəşadətin müqabilində sənə başqa nə deyə bilərəm ki?.Yalnız bircə cümlə: Məqamın mübarək, Şəhidim.

Mehriban Sadıqova

MƏNƏ AİLƏSİNİ SEVDİRƏN ŞƏHİDİM
MƏNƏ AİLƏSİNİ SEVDİRƏN ŞƏHİDİM
MƏNƏ AİLƏSİNİ SEVDİRƏN ŞƏHİDİM
MƏNƏ AİLƏSİNİ SEVDİRƏN ŞƏHİDİM
MƏNƏ AİLƏSİNİ SEVDİRƏN ŞƏHİDİM
MƏNƏ AİLƏSİNİ SEVDİRƏN ŞƏHİDİM
MƏNƏ AİLƏSİNİ SEVDİRƏN ŞƏHİDİM

Oxunub: 787
Oxşar xəbərlər
SON XƏBƏRLƏR