» » "Bu, artıq Paşinyanın "qırmızı xətti" keçməsi deməkdir" — Ermənilərin müharibə elanına YAP rəsmisindən REAKSİYA

"Bu, artıq Paşinyanın "qırmızı xətti" keçməsi deməkdir" — Ermənilərin müharibə elanına YAP rəsmisindən REAKSİYA

  • 13-09-2018, 20:38
  • Gundem
  • 101
[thumb=left]http://djb.az/uploads/posts/2018-09/1536856747_01.jpg[/thumb
A.Mirzəzadə "Ölkə.Az"a açıqlamasında deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan artıq başını itirib:

"Heç bir idarəçilik qabiliyyətinə və Ermənistanın problemlərinin həlli ilə bağlı hər hansı təcrübə sahib olmayan Nikol Paşinyan əlinə hakimiyyət tam keçdikdən sonra həmin problemlər qarşısında çaşqın vəziyyətdə qalıb. Qarşıdan Ermənistanda parlament seçkiləri gəlir və cəmiyyət ondan fəaliyyətinin nəticəsini soruşacaq. Ortada isə heç bir nəticə yoxdur".
YAP rəsmisi qeyd edib ki, Nikol Paşinyanın keçmiş Ermənistan rəhbərlərini həbs etməkdən başqa öyünəcəyi fəaliyyəti mövcud deyil:

"Bütün bunlara görə də Nikol Paşinyan Dağlıq Qarabağ məsələsi ilə bağlı bu cür qərarlar verməklə özünü tələyə salır. Halbuki, Ermənistanın əvvəlki rəhbərləri bu məsələdə çox ehtiyyatlı idilər. Amma Nikol Paşinyan bu gün çox zəif və heç bir resursu olmayan ölkə adından Azərbaycana qarşı hədələr yağdırır. Hətta, Ermənistan parlamenti adından Azərbaycana şərti müharibə elan edilməsi Nikol Paşinyanın "qırmızı xətti" keçməsi deməkdir. Məhz bu səbəbdən də cənab Prezident İlham Əliyev bir neçə gün əvvəl ATƏT rəsmisilə görüşü zamanı bildirib ki, Ermənistanın indiki rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqları kobud şəkildə pozur və sabah bunun məsuliyyətini Nikol Paşinyan daşıyacaq. Hesab edirəm ki, cənab Prezident bu məsələ barəsində çox dəqiq formada Azərbaycanın mövqeyini ortaya qoyub".
Oxşar xəbərlər
«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031