dini radikalizm və ekstremizmlə mübarizə

ŞƏHİD ANALARI AĞLAMAZ

ŞƏHİD ANALARI AĞLAMAZ
Şəhidimiz Anar Dağıstan oğlu Əsgərli 1994-cü ildə Ağdam rayonu 4 yol deyilən ərazidə məcburi qaçqın köçgün düşmüşlərin çadırında dünyaya göz açdı. Orta məktəbə Nəsimi rayonu şəhid Saleh Polad adına 159 saylı tam orta məktəbdə başladı, ibtidai sinif təhsilini bitirib ailə vəziyyəti ilə bağlı Xəzər rayonu Qala qəsəbəsi 92 saylı tam orta məktəbdə davam etdi. 2009-cu ildə təhsilini başa vuraraq Ağdam İqtisadiyyat Kollecinə qəbul olaraq uğurla 2012-ci ildə başa vurdu və hətta əsgəri xidmətinə özü könüllü olaraq tez getməsi üçün müraciət etdi. 2012-ci ilin iyil ayın 3 də hərbi xidmətə yola düşdü Tovuz rayonu ərazində şərəflə xidmətini etdi, geri dönməsinə üç ay qalmışdı ki, qara buludlar onun başının üstün aldı.
13.09.2013-cü il əbədi haqq dünyaya qovuşdu. Anar Əsgərli tarixdə iz qoyan oğullardan biri kimi yaddaşlara həkk olundu.
O da bir ailənin sevimlisi bir ananın quzusu idi. Fələkdə onun bir çox gənclər kimi arzularını yarıda qoydu. Anar Əsgərli hərbi xidmətə yollanarkən onun da anası fəxrlə övladı yola saldı əsgər anası olduğu üçün qürur hissi keçirdi, amma bilmədi ki, oğlunu gəlişinə az qalmış bir müddətdə qara xəbər onun da ailəsini saracaq. Artıq beş uzun ildir ki,Tərlan xanım övladının itgisi ilə barışmır, barışada bilmir hansı ana övlad itsiylə barışar ki?
Beləcə Tərlan xanımın dünyasını qaraltdı Anarın ölüm xəbəri.
P.S. Bu gün hələdə ölümündə qaranlıq məqamlara aydınlığ gətirə bilməyən ana övladının Vətən uğrunda şəhid olduğu ilə sakinlik tapır.
Mən isə üzümü Tərlan anaya tutaraq deyirəm:
Ağlama ana, qəhrəman oğulun anası ağlamaz, cənnət sakininin anası ağlamaz. Sən alnıaçıq üzü ağsan, sənin kimi analarla Azərbaycan xalqı fəxr edir. Haqq ədalət gec-tez bərqərar olacaq , buna inan!!!
Almaz İlahə

ŞƏHİD ANALARI AĞLAMAZ
ŞƏHİD ANALARI AĞLAMAZ

Oxunub: 1 275
Oxşar xəbərlər
SON XƏBƏRLƏR