dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanın döyüşən ərənləri qarşısında maraqlı tədbir keçirildi

Azərbaycanın döyüşən ərənləri qarşısında maraqlı tədbir keçirildi

"Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" ictimai birlikləri və "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin birgə təşkilatçılığı ilə Respublika Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində Bakının erməni hərbi birləşmələri və onların havadarlarının işğalından azad edilməsinin 100-cü ildönümünə həsr edilən tədbir keçirildi.Tədbir iştirakçıları öncə Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
"Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu" ictimai birliyinin sədri,Milli Məclisin deputatı xanım Qənirə Paşayeva tədbir iştirakçılarını salamladı.O, Azərbaycanın Dövlət Başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ərazi bütövlüyümüzün bərpası naminə həyata keçirdiyi mühüm tədbirlərdən danışdı.Qeyd etdi ki, Azərbaycan xalqı düşmənlər tərəfindən işğal edilən dədə-baba torpaqlarımızın bir qarışını da nankor qonşularımıza bağışlamayacaq.
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, "Ana harayı"qəzetinin baş redaktoru, Qarabağ qazisi Şamil Sabiroğlu 1989-1995-ci illərdə cəbhə bölgələrində qarşılaşdığı maraqlı əhvalatlardan danışdı. Şamil müəllim, Bakının düşmən tapdağından azad edilməsinin 100-cü ildönümü ilə əlaqədar Bakı şəhərində Hərbi parad keçiriləcəyini qeyd etdi.
" Regional Hüquqi və İqtisadi Maarifləndirmə" ictimai birliyinin sədri, xanım Arzu Bağırova və Respublika Gəncliyə Yardım Fondunun vitse - prezidenti Salman Əliyev Ordumuzun şəxsi heyətinin 2016-cı ilin aprel döyüşləri zamanı qazandığı uğurdan söhbət açdılar.Xanım Qənirə Paşayevanın dəvətilə Azərbaycana qonaq gəlmiş Türkiyənin tanınmış müğənnisi Zəfər İşləyən maraqlı musiqi proqramı ilə çıxış etdi.
Tədbirin sonunda xidmətdə fərqlənən hərbçilərə təşkilatçılar tərəfindən qiymətli hədiyyələr təqdim olundu.
Bayram tədbirində xanım Qənirə Paşayevanın dəvətilə ölkəmizdə səfərdə olan Türkiyənin Kastamonu vilayətinin tələbə-gəncləri, habelə,Qeyri-Hökumət təşkilatlarının fəalları iştirak edirdi.

Fotolar: İlqam Cəbiyev və Şamil Sabiroğluna məxsusdur.

Şamilə Şamilqızı,
"Fact-info.az" və 'xebertv.az" saytlarının xüsusi müxbiri.


Azərbaycanın döyüşən ərənləri qarşısında maraqlı tədbir keçirildi
Azərbaycanın döyüşən ərənləri qarşısında maraqlı tədbir keçirildi
Azərbaycanın döyüşən ərənləri qarşısında maraqlı tədbir keçirildi
Azərbaycanın döyüşən ərənləri qarşısında maraqlı tədbir keçirildi
Azərbaycanın döyüşən ərənləri qarşısında maraqlı tədbir keçirildi
Azərbaycanın döyüşən ərənləri qarşısında maraqlı tədbir keçirildi

Oxunub: 651
Oxşar xəbərlər
SON XƏBƏRLƏR