» » Deputat: “Musa peyğəmbərin müdafiəçiləri Məhəmməd peyğəmbərin üzərinə gələn selin qarşısına bircə dəfə olsun çıxmırlar”

Deputat: “Musa peyğəmbərin müdafiəçiləri Məhəmməd peyğəmbərin üzərinə gələn selin qarşısına bircə dəfə olsun çıxmırlar”

Deputat: “Musa peyğəmbərin müdafiəçiləri Məhəmməd peyğəmbərin üzərinə gələn selin qarşısına bircə dəfə olsun çıxmırlar”
“Məhəmməd peyğəmbərin karikaturasını çəkən “Şarli Hebdo”nu gülləboran etmək yox, ona cavab vermək, Qurani-Kərimi yandıranları süngüyə taxmaq yox, müqəddəsliklərin yanmazlığını sübuta yetirmək, İslam dinin terror deyil, barış və sülh dini olduğunu göstərmək əvəzinə bizim hər sətrimizi zərrəbinlə izləməyə çıxanlar, doğrusu, məni çox sevindirir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc deyib.

Z.Oruc onu tənqid edənlərə cavab olaraq bildirib ki, əgər həmin şəxslər peyğəmbərləri seçilmiş bəndələr sayırlarsa, o zaman yer üzündə hökm sahibi olan və insanların taleyinə təsir göstərən hər kəsin onlarla müqayisə ediləcəyinə təbii baxmalıdırlar: “Lakin heç təəccüblü deyil ki, Musa peyğəmbərin müdafiəçiləri Məhəmməd peyğəmbərin üzərinə gələn selin qarşısına bircə dəfə olsun çıxmırlar. Demək, rəqiblərin nə düşündüyü sizlər üçün həyati əhəmiyyət daşıyır. Elə isə, “Heydər Əliyevi və İlham Əliyevi sevən “Əhlibeytçilər” yazıma hazır olun. Söhbət dindən deyil, siyasətdən gedəcək. Ona görə sevgilərinizi və süngülərinizi hazır tutun!”.

Deputat ABŞ prezidentlərinin dinə münasibətinə də toxunub: “Alliluya sədaları altında Allahı öz idarəçiliyinə yardıma səsləyən əksər ABŞ prezidentləri bu gün də gəlib “Ağlama divarı”nın yanında səssiz dualar edib bir parça arzularını daşların arasına qoyanda, yaxud Kilsə başçılarını andiçmə mərasimlərinə çağıranda sizcə hansı məqsədi güdürlər? Biz heç İncilə, Qurana, Tövrata basılan əllərdən hələ danışmırıq”.

Xatırladaq ki, Z.Oruc məqaləsində dövlət başçısını Musa peyğəmbərlə müqayisə etdiyinə görə tənqid olunmuşdu.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930