dini radikalizm və ekstremizmlə mübarizə

Şeyx Səfiəddin və onun Talıışca rübailəri

Şeyx Səfiəddin və onun  Talıışca rübailəri
Şeyx Səfi 1252-ci ildə Ərdəbilin Kəlxuran kəndində anadan olmuşdur. Atasını uşaq yaşlarından itirən Səfi ibtidai təhsilini onun dini davamçılarından almışdır. O, dini elmlərin əsaslarına yiyələnir, fars, ərəb, gilan və monqol dillərini öyrənir.
İyirmi yaşında təhsilini artırmaq üçün Şiraza gedən Səfi burada məşhur ilahiyyatçı alimlərdən Rüknəddin Beyzəvi, Əmir Abdullah və başqalarından dərs alır. Müəllimi Əmir Abdullahın məsləhəti ilə iyirmi beş yaşında məşhur Gilan şeyxi Hacı əd-Din Zahidin (hicri-615-700) müridi olur. Şeyx Səfi əd-Din 25 il tələbə kimi onun yanında qalır. Hacı əd-Din Zahidin qızı ilə evlənən Səfi Şeyxin vəfatından (1294) sonra onun yerində Səfəviyyə təriqətinin rəhbəri olur. 35 il irşad və təlimatlarla məşğul olur və bir çox tələbə yetişdirir.Şeyx Səfinin ömrünün daha faydalı və təsirli dövrü məhz həmin illər olmuşdur. Onun şöhrəti az zamanda bütün Şərq dünyasına, Şərqi Romaya, Suriyaya, Hindistana yayıldı. Şərqdə ürfan və din sahəsində yeganə şəxsiyyət kimi tanınan Şeyx Səfi bütün məzhəb və təriqətlərə mürşid və ustad ola bilmişdir.
Ərdəbilin Darül-irşadı (Hidayət evi) geniş bir əraziyə mənəvi ocaq olmuş və bu ocağın başında Şeyx Səfi durmuşdu. Şeyx tam bacarığı ilə təqiyyə prinsipinə əməl edərək elə bir dünyagörüşə malik idi ki, ayrı-ayrı İslam məzhəbləri və təriqətləri də onun mənəvi xəzinəsindən qidalana bilirdi. Səfəviyyə təriqəti özünəməxsus bir təşkilatın vasitəsilə təbliğ olunur və uzaq yerlərdə olan nümayəndələrə çatdırılırdı. Bu təşkilatın başında "pir", yaxud "mürşid" dururdu. Əsas iş mürşid (müəllim) ilə müridlər (tələbələr) arasında vasitəçi rolu oynayan xəlifənin üzərinə düşürdü. Xəlifə hər tayfanın sufilərinə başçı olmaqla bərabər, həm də rəhbərlə birbaşa əlaqədə olurdu. Xəlifələr və sufilər tabeçilikdə olan camaatla rəhbər arasında elə möhkəm əlaqə yaratmışdılar ki, bu əlaqə gündən-günə genişlənməkdə və möhkəmlənməkdə idi.
Əksər hallarda siyasətə qarışmayan bu sistem Şeyx Cüneydə kimi davam etmişdi. Amma Darül-irşad Şeyx Cüneyddən başlayaraq siyasi məsələlərlə də maraqlanmağa başladı. Uzun müddət təşkilata rəhbər olan Ərdəbil piri bu təşkilatdan nəinki təriqəti və ideoloji məsələlər üçün istifadə etdi, həm də oranı böyük bir hərbi və siyasi təşkilata da çevirdi. Siyasətlə təriqət birləşərək Səfəviyyə ideologiyasını formalaşdırdı. Bununla Şeyx Səfinin formalaşdırdığı şiizm-sufizm ideologiyası mahiyyəti etibarı ilə siyasət və hakimiyyətdən uzaq qala bilməzdi və istər-istəməz Darül-irşada rəhbərlik edən pir siyasi hərəkatlara da qoşulmalı idi. Şeyxdən sonra bir-birinin ardınca Sədrəddin, Xacə Əli İbrahim, Şeyx Cüneyd, Şeyx Heydər və nəhayət Şah İsmayıl Ərdəbil Darül-irşadına rəhbərlik etmişlər.
Şeyx Səfi əd-Din 1334-cü ildə Ərdəbil şəhərində dünyasını dəyişir və burada da dəfn olunur. Onun məzarının üzərində türbə qurulur, ətrafında məscidlər, karvansaraylar, mədrəsələr, yaşayış evləri salınır. Burada böyük bir mədəni mərkəz yaranır. Şah İsmayıl da daxil olmaqla səfəvi şeyxlərindən bir çoxu burada dəfn olunur. Həmin mərkəzin tikinti və bərpa işləri fasiləsiz olaraq davam edir. Nəhayət, XVI əsrdə I Şah Təhmasibin hakimiyyəti dövründə (1524-1576-cı illər) həmin məqbərə öz indiki şəklini alır. Səfəviyyətəriqətinin rəhbəri qismində Şeyx Səfi əd-Dinin ilk varisləri Sədrəddin Musa (1334-1392/3) və Şeyx Xacə Əli (1392/3 -1429) olmuşdur. Səfi əd-Dinin nəticəsi İbrahimdən (1429-1447) başlayaraq Ərdəbil şeyxləri real, dünyəvi hakimiyyəti də ələ keçirirlər. Şeyx İbrahim Ərdəbil hakimi olur, sonradan Şah İsmayıl (1486-1524) əvvəlcə Azərbaycanda, sonra həm də İranda yeni Səfəvilər dövlətinin və bu dövlətin taxt-tacında Səfəvilər sülaləsinin əsasını qoyur.Şeyx Səfiəddinin atası Əminuddin Cəbrəil Xacə Kəmaluddin Ərəbşahıdır. Sufi dairələrində onu yeddinci şiə imamı Musa Kazımın (miladi 754-800) 21-ci nəslindən hesab edirdilər. Şeyxin beşinci ulu babası Firuzşah Qızılbaş o nəsildən, sülalədən Ərdəbilə gələn və burada məskunlaşan ilk şəxs hesab olunur. Mənbələr Firuzşahın oğlunun Əvəz, Əvəzin oğlunun Məhəmməd, Məhəmmədin oğlunun Səlahəddin, Səlahədinin oğlunun Əminəddin, Əminəddinin oğlunun isə Səfiəddin olduğunu qeyd edirlər. Lakin əksər tədqiqatçılar bunu yalnız təsəvvüf ənənəsi ilə bağlayırlar.Şeyx Səfiəddin Ərdəbili etnik mənşəyi məsələsi indiyədək tarixçilər arasında mübahisə mövzusu olmuşdur. Bu məsələni aydınlaşdırmağın mürəkkəbliyi onunl ələqədardır ki, Səfəvilərin uzaq əcdadları barədə məlumatları özündə əks etdirən yeganə mənbə Təvəkkül ibn İsmayıl ibn Bəzzazın "Səfvət əs – səfa" ("Saflığın saflığı") adlı agioqrafik əsəridir. Səfəvi tarixçilər Şeyx Səfiəddinni yeddinci şiə imamı Musa Kazimın 21-ci nəslindən hesab edirdilər. Lakin Əhməd Kəsrəvi "Səfvət əs – səfa" əsərinin müqatisəli tədqiqi ilə məşğul olmuş və belə bir nəticəyə gəlmişdir ki, Səfəvilərin əcdadları heç də seyidlər (Məhəmməd peyğəmbərin) nəslindən olanlar deyillər və onların nəsil şəcərəsini sonralar Səfəvi tarixşünasları uydurmuş və İbn Bəzzazın əsərinin mətninə daxil etmişlər.[1] (Bax Şeyh Safi ve Tebareş bkz Kesrevi):Əhməd Kəsrəvi Şeyx Səfinin ərəblərlə əlaqəsinin olmadığını sübut etdikdən sonra onu ərəbdə hesab etmir və kürd mənşəli olduğunu söyləyir. Digər İran müəllifləri onun Səfəvilərin kürd mənşəli olduğu barədəki ehtimalını şəksiz həqiqət kimi qələmə verir və bununla da bütün Səfəvilər sülaləsini iranlılaşdırmağa səy göstərirlər. Bəzi Avropa müəllifləri də bu fikiri müdafiə edirlər. Türk müəllifi Zəki Vəlidi Toqan da Səfəvilərin mənşəyinə həsr olunmuş məqaləsində onların türk mənşəli olduğunu əsaslandırmağa cəhd göstərir, "kürd əsilli şeyxin" nəsilinin sonradan "tamamilə türkləşdiyini" yazır.(BaxZeki V.Togan, "Sur L’origine des Safavides", Mélanges Massignon, III, 1957, p. 356)[Bundan əlavə V.V.Bartoldun sülalənin türk mənşəli olması barədə söylədiyi fikir də mövcuddur.Alim bu sülalənin eponimi və banisi Şeyx Səfiəddin və onun nəslindən bəhs edərkən göstərirdi ki, "bu Ərdəbil şeyxləri, şübhəsiz, fars deyil, türk mənşəlidirlər"(Bax:В.В.Бартольд. Сочинения, т. II, ч, I, M., 1963, стр.748)В.В.Бартольд. Сочинения, т. II, ч, I, M., 1963, стр.748)İ.P.Petruşevski də eyni fikri söyləmişdir: "İlk Səfəvi şeyxləri Ərdəbildə yaşamışlar, onların doğma dili Azərbaycan dili olmuşdur(Bax:"И.П. Петрушевский. Государства Азербайджана в XV в.. стр. 205 ),(Bax:Пигулевская И.В., Якубовский А.Ю., Петрушевский И.П., Строева Л.В., Беленицкий А.М. 1958) Hanna Sohrweide görə "Səfvət əs-Səfa" əsərində hamı Səfiyə türk kimi müraciət edir: "Ey piri-türk"( ey türk müqəddəsi), "türk gənci", "türk oğlu" və bu səbəbdən də onun türk olduğu şübhə doğurmur(Bax:Sohrweide, Hanna, "Der Sieg der Safaviden in Persien und scine Rückwirkungen auf die Schiiten Anatoliens im 16. Jahrhundert", Der Islam, 41 (1965), 95-221.) M. Abbaslı Şeyx Səfiəddinin türk mənşəli olması haqda zəngin material toplamışdır, onun fikrincə Şeyx Səfi əd-Din Ərdəbili mənşəcə Azərbaycan türklərindən(Bax:H.R.Roemertin. Die Safawiden:ein orientalicsher Bundesgeünosse des Abendlandes in Türkenkampf.),(Bax:Azərbaycan tarixi (yeddsi cilddə),Bakı,2007,III cildA),(Bax:Azərbaycan ədəbiyyatı tarixi ,bakı,1999,III cild) olan adlı-sanlı alim, şair, Səfəviyyə təriqətinin banisidir.

Bəzi məbələr qeyd edirlər ki,Şey Səfiəddin 17 il Şeyx Zahidin yanında yaşadıqdan sonra öz vətəni Ərdəbilin Kelxoran kəndinə qayıtmış və orada bir Türk qızı ilə evlənmişdir.Bu türk qızı ilə Səfiəddinin nigahından Sədrəddin Musa adlı oğlu olmuşdur.Sədrəddin Musandan Xacə əli,Xacə Əlidən Şeyx İbrahim,Şeyx İbrahimdən Şeyx Cüneyd,Şeyx cüneyddən Şeyx Heydər və Şeyx Heydərdən də, Şah ismail Xətai dünyaya gəklmişdir.(Bax:www.düzgün.ir).Şeyx Səfiəddin Şeyx Zahidin yanında qaldığı müddətcə həm Giləkcə ,həm də Talışca təzkirələr yazmışdır.Onun Talışca yazfdığı 16 rubaisi günümüzə qədər qalmaqdadır.Çün ki, Şeyx Səfiəddinlə bərabər müəllimi Şeyx Zahid də, fars dilindən fərqli bir dildə rubailər yazmışdır.Bu rubailəri Şeyx Zahiddən sonra Şeyx Səfiəddin yazmağa davam etmişdir.Tarixi ədəbiyyatda bu günə qədər həm Şeyx Zahidin və həm də şagirdi olmuş Şeyx Səfiəddinin fars dilindən fərqlənən Talış dilində yazdığı rubailər elmi ədəbiyyatda günümüzə qədər üzə çıxarılmamışdır.Lakin B.V.Miller Talış dilinin qrammatikasını yazarkən bu rubailərlə rastlaşır və onun məğzini araşdırmağa başlayır.Uzun araşdırmadan sonra B.Miller İran tarixçisi Əhməd Kəsrəvinin Tehranda nəşr etdirdiyi “qədim Azəri mətnləri” adlı məqaləsi ilə tanış olur.B.V.Miller özünün “ Талышский язык “ kitabında bu haqda yazır: “Mən bunu eşidəndə bir sual məni maraqlandırdı –görəsən Kəsrəvinin dərc etdiyi mətnlər hansı dildədir”.Belə ki,Ə.Kəsrəvi “azəri” adlandırdığı qədim dildə olan 18 rubai nümunəsini verir.Bu rubailərin ümumi sayı 18 –dir və bu 18 rubaidən 14-ü dörd bəndlidir.(Bax:B.V.Miller.”Талышский язык”Moskva-1953.səh.254). Bu rubailərdən dördündə bir neçə söz qısa fraza ilə seçilir,ama on dördü isə uzun frazalıdır.Yalnız bir frazanı Həmdullah Mustofinin(1340) “Nəhzət ül-Qlub”(Könüllərin nəşəsi) adlı coğrafi əsrələrindən götürmüşdür.Amma bütün qalan mətnlər iki müəllifdən götürülmüşdür: Bunlar İbn Bəzzaz Təvəkkülün “Səffat üs-Səfa” və Şeyx Əbdül Zahidin oğlu Şeyx Hüseynin “Silsile -ye Nəsəb-e Səfəviyye” adlı əsərlərdir.Birinci qoşma Səfəvi sülaləsinin banisi Şeyx Səfiəddinin(1334) Ərdəbil şəhəri ilə sıx bağlı olan bağları və tərcümeyi halı haqda məlumat verir,ikincisi isə bu sülalənin şəcərəsi haqda məlumat verir.Sonra isə Ə.Kəsrəvi bu dörd hissədən ikisini Təbriz danışığına,digər ikisini isə Ərdəbil danışığına aid edir(Bax:Ə.Kəsrəvi.”Azəri və ya Zəban-e Bastan-e Azərbaycan”Tehran.1340). Bütün bu rubailər XIV əsrin birinci yarısına aid edilir.(Bax yenə orda.B.V.Miller.səh.254) .Əsas material 14 uzun frazalı verilir.Birinci üç rubai “Səffat üs-Səfa” əsərindən götürülüb və fars dilinə tərcüməsi yoxdur,lakin fars dilindən fərqlənən ayrı qısatələffüzlü deyimləri var.On dörd rubaidən on ikisi Şeyx Zahid Gilaninin tələbəsi Şeyx Səfiəddin tərəfindən şəxsən yazılmışdır.(I,IV-XIV) və Kəsrəviyə görə qədim “azəri”dilinə bənzəyir.Dörd uzunfrazalı rubailərdən ikisi isə Xalxallıların danışığına oxşayır və Xalxal-Şahrud dialektinə yaxındır.Qeyd etməliyəm ki,adı çəkilən Xalxal vilayətində günümüzdə də, çoxlu Talış kəndləri var və Talışların kompakt yaşadıqları məntəqələrdən biridir.Nəhayət son üç rubai isə Ərdəbil ətrafında kənd tarla işləri ilə məşğul olan bir qadına aiddir və qədim “pəhləvi” dilindədir.Beləliklə Kəsrəvi tərəfindən istifadə olunan bütün uzun hecalı dörd beytli rubailər Şeyx Zahidin və Şeyx Səfiəddinin də, danışdığı Ərdəbil dilinə aid olmalıdır.Belə ki,buradakı mənbələrdə hələ adı çəkilən,Şeyx Zahidin və Səfiəddinin danışdığı və Ərdəbil dili deyilən dil ona bitişik ərazidə yerləşən ehtimal ki,Talış dili olmuşdur.Aşağıda Şeyx Səfiəddinin şəxsən yazdığı I,IV və XIV rubaisini verirəm.
Şeyx Səfiəddinin rubailəri.
Rubai I

I variant
Hər ke ba liovn dust əgiri,
Ma ra dasan nəbəruran əv diri.
Mən çu ma livon zorə bard,
Xunım zaner ku du əv zakiri.
II variant
Hər ke ma livon bedust əkiri,
Ma ra dasan bərur əv diri.
Mən çu ma livon əv diri ,
Xunım zanir kurur əv niz əgiri.

IV rubai-

Mınim Səfiyim gəncan nəmayəm,
Bə dıl dard jedəm tən bi dəvayim.
Kəsi behəsti nəbəre rəh bavyan,
Əz be nisti çu yaran xakpayəm.

XIV rubai -
Ovyani bəndeəm,ov yani xanəm,
Əz an puri be bər ovyani ranəm.
Əv ya ni eşğ məşvəri dər dıl – e mən,
İnnək zande iyəm,çe eşğ-e zalem.
Şeyx Səfiəddinin şeirlərindən biri onun mürşidinə həsr olunur.Belə ki,”Gilanın adları və adlıları” kitabında dərc olunmuş bir şeirin məhz Talış dilində yazılması göstərilir.(Bax:”Lənkəran “ qəzeti,14 dekabr 1999-cu il).
Dılı kuhi sərv dəndə nıbu,
Eşğı con ki,viran band nıbu.
Helmı bağe şəriət mand zi ran
Ruhı baz ra ba pərvoz dandə nıbu.
Mu əzəqi-əzcə əv yan made durim,
Dəhəqiəm duşi bə ərş nahad zurim,
Sultan Şeyx Zahid çuvkan kuim

Tərcüməsi: Ürəyin – zirvəsi görünməz dağın,
Eşqin bir bulaqdır,çağlyar daşar.
Helmin abad elər şəriət bağın,
Ruhun bir qartaldır,buludlar aşar.
Mən qala bilmərəm onlardan uzaq
Gücüm və qüvvətim onlardır hökmən.
Çiynimdir ərş ilə kürsüyə dayaq,
Sanki Sultan Zahid çövkanıyam mən.
Bu şeiri Lənkəranlı həkim-şair Mirsalam Müasir(Babayev) bu şəkildə tərcümə etmişdir.(Bax:Baba Rzayev.”Şeyx Zahid Gilani”.Bakı-1989.səh

variant
Mənim tərcüməm:
Ürəyin görünməz bir dağ olmasın,
Canın eşqi viran,və bənd olmasın.
Elm şəriət bağın altında saxlar,
Ruhunun şahini pərdən olmasın,
Mən onun yanından qalmışam uzaq
Çiynimdir ərş ilə kürsüyə dayaq,
Sultan şeyx Zahidin çövkan olacaq.

Uzun əsrlər boyu gizli saxlanılan bu rübailər günümüzə qədər üzə çıxarılmamış və ya da,ki bu mətnlərin məğzinə varılmamış və oxününşüna da əhəmiyyət verilməmişdir.Lakin artıq günümzdə tarixçilərə yaradılmış yüksək şərair və arxivlərin tədqiqatçıların üzünə açılması bu tipdə yazıların işıq üzü görməsinə imkan vermişdir. Bu mətnlərdən göründüyü kimi Şeyx Zahid və şagirdi Şeyx Səfinin yazdığı bu misralar nə Fars,nə Kürd,nə Gilək nə də Tat dilindədir.Çünki,bu misralarda olan “zorə”(oğlan),”şəv”(gecə),”əv”(o-şəxs əvəzliyi-3-cü şəxsin təki),”livə”(yarpaq),”das”(əl),”xunım”(qanım),”mınim”(mənəm-birinci şəxsin təki),”dard”(dərd),”dıl”(ürək) kimi sözlərin heç biri bu dillərdə yoxdur və işlənmir.Lakin bu sözlərin hamısı günümüzdə də,Talış dilində var və işlənir.Belə ki,bu sözlər adları çəkilən dillərdə “pesər”(oğlan),”şəb”(gecə),”u”(o-şəxs əvəzliyi-3-cü şəxsin təki),”bərg”(yarpaq),”dəst”(əl),”xunəm”(qanım),”mənəm”(mənəm-birinci şəxsin təki),”dərd”(dərd),”del”(ürək) kimi həm yazılır ,həm də,tələffüz olunur.Bunları nəzərə alsaq onda əminliklə demək olar ki,həm Şeyx Zahidin,həm də Şeyx Səfiəddinin şəxsən yazdığı bu rubailər Talış dilindədir. Şeyx Səfi özünü “Şeyx Zahidin topu” və ya “muridi” adlandırırdı.(Bax.(Bax: B.V.Miller.Yenə orda .səh.255) Bəzi mənbələr Şeyx Zahidi Gilanlı adlandırı və şeyx Səfiəddinin məhz Gilanda onun yanında oxuduğunu yazırlar.Lakin kifayət qədər sübut var ki,Şeyx Zahid Gilanın şlimalında,Talışların sıx yaşadığı ərazidə yaşamışdır.İ.Berezn özünün “Şimali İrana səyahət” adlı kitabında Şeyx Zahidin məqbərəsinin Lənkəranın Şixəkon (Bax.Şıxəkəran-Şeyx evlər)adlı yaşayış məntəqəsində yerləşdiyini deyir və “Şıxəkon” sözünü də Talış dilində “Şeyxin evləri” olduğunu qeyd edir.(Bax:İ.Berezin.”Путешествие по северной Персии.Кавказь,1852,стр.116-117).Şeyx Hüseyn özünün “Silsile -ye Nəsəb-e Səfəviyye” adlı əsərində belə yazır: “ Şeyx Zahidin iki ailəsindən biri Talışın Lənkəran mahalının Hiləkəran kəndində yaşayır.Bu kəndi Astaranın dəniz kənarında yerləşən Giləkəran kəndi ilə qarışdırmaq olmaz. (Bax: “Şeyx Hüseynin “Silsile -ye Nəsəb-e Səfəviyye” səh.22).XIV əsrlərdə Səfiəddinin Şeyx Səfiəddinin Fars,Türk və Gilək dili ilə bərabər Talış dilində də rubai yazması faktı bu günə qədər üzə çıxarılmamışdır.Lakin 1925-ci ildə Talışda olmuş B.V.Miller Talış dilini öyrənmiş, və daha sonra bu mətnlərlə tanış olandan sonra bu rubailərin məhz Talış dilində olduğunu görmüşdür.Bu minvallada,bu mətnləri araşdırmağa başlamış və özünün Talış dili kitabında vermişdiir. Bu faktların hamısı Səfəvilərin ana tərəfdən Talış olmasını göstərir..Bu əsl tarixi mənbə və faktdır.Səfiəddin İshaq Ərdəbili də, Taciəddin Zahid Gilaninin ikinci böyük oğlunu əvvəlki evliliyindən olan qızlarından birinə nişanlayaraq qohumluluq bağlarını möhkəmləndirmişdir.Bu evlilik hər iki tayfanı birləşdirdi.Bu qaydanı 170 il boyunca təqib edərək və onun qaydalarına əməl edən Səfəviyyə təriqəti siyasi və hərbi güc və qüvvə qazandı və bununun son zirvəsi olaraq güclü Səfəvi-Şiə dövlətini qurdu.
İstifadə olunmuş ədəbiyyat:

1.(Bax:Əbdülbaki Gölpınarlı,”Türkiədə məhzəblər və Təriqətlər”,İnqilab nəşriyyatı,1997.
2.(Bax:Zahed Gelani Maddesi,Wikipedia)
3.(Bax:E.G.Browne.Literary History of Persia.(Four volumes,2,256 pages,and twenty-five years in the writing).1998.İSBN 0-7007-0406-X.)
4.(Bax:Jan Rypka,History of Iranian Literature.Ridel Publishing Company.1968.İSBN 90-277-0143-1)
5.(Bax:Monika Gronke.Derwische im Vorhof der Macht.Sozial-und wirtchaftsgeschiche Nordwestrians im 13.und 14.Jahrundert.Wiesbaden 1993)
6.(Bax:www.turkcebilgi.com)
7.(Bax: Etibar əhədov və Mirhaşım Talışlı.Lənkəran Ensiklopedik məlumatı.səh.432).
8.(Bax: Mir Hüseyn Abbas.”Siyavar”.Bakı-2015.səh.276-277)
9.(Bax:www.düzgün.ir).
10.(Bax:anl.az.Наследие шейха Захида)
11.(Bax:Каспии,-2011.-18 июня.-стр.11)
12.(Bax:B.V.Miller.”Талышский язык”.Moskva-1953.səh.254)
13.(Bax:İ.Berezin.”Путешествие по северной Персии.Кавказь,1852,стр.116-117)
14.(Bax:Ə.Kəsrəvi.”Azəri və ya Zəban-e Bastan-e Azərbaycan”Tehran.1340)
15.(Bax: Şeyx Hüseyn “Silsile -ye Nəsəb-e Səfəviyye”)
16. (Bax:Yaqub Babayev.XIII əsrlər ana dilli lirik şeirimizin inkişaf yolu” monoqrafiyası.Bakı-“Elm və Təhsil” – 2009)
17.”(Bax:Evliyalar saytı.Gilani evliyalaı,havetiyye,Silsile-i Halveti” 21 şubat 2017 –ci yıl)
18.(Bax:www.konya.edu.tr)
19.Necmettin saytı.
20.(Bax:Березин.Путешествие по Востоку.Казань,1850)
21.(Bax:Миллер.Б.В.К Вопросу об языке населения Азербайджана до отуречения этой обдасти.М.,1930)
22.(Bax:www.mumsema.org saytı)
23.(Bax: Ibn Bəzzaz Təvəkkülü.”Səffat üs-Səfa).
24.(Bax:”Lənkəran “ qəzeti,14 dekabr 1999-cu il).
25.(Bax:Baba Rzayev.”Şeyx Zahid Gilani”.Bakı-1989.səh.6)
26.(Bax:Abbasqulu Ağa Bak;xanov.Gülüstan-i İrəm. Bakı-1991.səh.96)
27.(Bax:İskəndər bəy Münşi.”Tarix-e Aləm Arayi Abbasi.Baıkı-2010.səh.76)
28.(Bax:Şeyh Safi ve Tebareş Kesrevi)
29.(Bax: Zeki V. Togan, "Sur L’origine des Safavides", Mélanges Massignon, III, 1957, p. 356)
В.В.Бартольд. Сочинения, т. II, ч, I, M., 1963, стр.748)
30.(Bax:И.П. Петрушевский. Государства Азербайджана в XV в.. стр. 205)
31.(Пигулевская И.В., Якубовский А.Ю., Петрушевский И.П., Строева Л.В., Беленицкий А.М. 1958)
Aqşin Mistanlı.Tədqiqatçı-Tarixçi.AYB-nin üzvü.
32.(Bax:Sohrweide, Hanna, "Der Sieg der Safaviden in Persien und scine Rückwirkungen auf die Schiiten Anatoliens im 16. Jahrhundert", Der Islam, 41 (1965), 95-221)
33.(Bax: H.R.Roemer’in Die Safawiden: ein orientalischer Bundesgenosse des Abendlandes in Türkenkampf)
34.(Bax:Azərbaycan tarixi (yeddi cilddə), Bakı, 2007, III cild)
35.(Bax:Azərbaycan Ədəbiyyatı tarixi, Bakı, 1999, III cild)

Aqşin Mistanlı
tədqiqatçı-tarixçi
AYB-nin üzvü

Oxunub: 2 286
Oxşar xəbərlər
SON XƏBƏRLƏR