dini radikalizm və ekstremizmlə mübarizə

Nənə FƏRYADI

Nənə FƏRYADI
Təranə Manaf qızı Hüseynli 1959-cu il aprelin 22-də Qax rayonunda anadan olub. Şəki Tibb Texnikumunu bitirib. Oğuz rayon xəstəxanasında 20 il təsərrüfat üzrə baş tibb bacısı işləyib. 1977-ci ildə Hüseynov Rahim İsmayıl oğlu ilə ailə qurub. İki qız, üç oğul övladları dünyaya gəlib.

Rəhim Hüseynov Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Oğuzun Xaçmaz qəsəbə tam orta məktəbində əvvəl dil-ədəbiyyat müəllimi, direktor müavini və sonralar direktor vəzifəsində çalışıb.

Rəhim müəllim kəramətli və sınanılmış seyid nəslindəndir. Babası Hacı Hüseyn Əfəndi dövrünün tanınmış və sayılan el ağsaqqalı olub. Xaçmaz kəndində vaxtilə məscid tikdirmiş və bu gün də camaat bu məsciddən istifadə edir, Hacı Seyid Əfəndini hər zaman xatırlayırlar. Rəhim müəllimin atası İsmayıl kişi də ata və babasının yolunu şərəflə davam etdirib. “Quran” oxuyub, kənd camaatına namaz qılmağı öyrədib. Xeyirxahlığı ilə böyük nüfuz və hörmət qazanıb. Kasıblara həyan olub, kimsəsizləri evində saxlayıb, toylarını edib. Neçə imkansızı ev-eşik sahibi edib.

Rəhim Hüseynov hazırda təqaüddədir. O da kasıblara əl tutur, köməkliyini əsirgəmir.

II qrup gözdən əlildir.

Rəhim müəllim Təranə xanımla birlikdə hazırda Sabunçu rayonunun Savalan qəsəbəsində yaşayırlar. Oğul-uşaq, nəvə-nəticə sahibidirlər.

Böyük oğlu Hüseynov Əşrəfin 3 oğlu, 1 qızı var. Böyük oğlanları Dövlətbəy və İsmayıl 5-ci sinif şagirdidirlər. Kiçik oğlu Beyrəyin 2 yaşı var. Qızı Banuçiçəklə Beyrək ekizdir. Beyrək anadangəlmə lal, kar və iflic doğulub. Nənəsi Təranə xanım Bakıda o xəstəxana qalmayıb ki, nəvəsini aparıb göstərməsin. Bakıda bu uşağa həkimlərimiz dəqiq diaqnoz qoya bilmirlər. 2 yaşlı Beyrək nə iməkləyir, nə danışa bilir, nə də eşidir.

Təranə xanım Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə dəfələrlə müraciət etsə də, hələ nəvəsinə nə əlil arabası ala bilib, nə də ona müsbət cavab verilir. Əksinə, eşitməsi üçün qulaq aparatını, optiki ayaqqabılarını öz vəsaiti hesabına özəl apteklərdən baha qiymətə alıb.

Onu da qeyd edim ki, Beyrəyin atası xəstədir, işləmə qabiliyyəti yoxdur. Həyat yoldaşı azyaşlı körpələrə baxır.

Ailənin 6 nəfər üzvü nənəsi təqaüdçü Təranə xanımın və gözlərinin nurunu itirmiş babası, təqaüdçü Rəhim Hüseynovun köməkliyi ilə dolanışıqlarını çətinliklə də olsa təmin edirlər. Hansı ki, belə ailələrə ünvanlı sosial yardım düşdüyü halda, bu ailə heç bir imtiyazdan istifadə edə bilmirlər. Nazirliyə müraciət edəndə də, Təranə xanıma deyiblər ki, oğlun getsin iş yerindən arayış gətirsin. Əgər xəstə oğlum işləmirsə, arayışı necə gətirə bilərəm - deyə nənə çok həyəcan keçirir?

Təranə xanım “Həkəri” qəzetinin ictmai əsaslarla müxbiridir. Dövlət tədbirlərində həmişə fəal iştirak edir. Vətənpərvər ziyalı olmaqla yanaşı, vətənpərvər övladlar böyüdüb, boya-başa çatdırıb. Üç oğlu hərbi xidmətini sərhəd bölgələrində şərəflə yerinə yetirib. Komandirləri tərəfindən valideynlərinə tərifnamə və təşəkkür məktubları göndərilib.

Təranə xanımın yeganə arzusu nəvəsi Beyrəyin müalicəsinin təmin olunmasıdır. O biri nəvələri - Dövlətbəy astma, İsmayıl anamiya və Banuçiçək qan azlığından əziyyət

çəkirlər. Bu ailəyə qayğı göstərmək hər kəsin vətəndaşlıq borcudur. Axı uşaqlar bizim gələcəyimizdir.

Sabunçu rayonunun Maştağa qəsəbəsinin Savalan yaşayış massivində 212 nömrəli evdə yaşayan bu ailənin qayğıya ehtiyacı var. Bir neçə il əvvəl Təranə Hüseynlinin bir gəlini qaz sızmasından boğulmuş, təcili yardım çağırsalar da, onların köməyinə çatan tapılmamışdır. Nəticədə gəlinini itirən Təranə xanım, eləcə də həmin ərazidə yaşayan sakinlər tozlu-torpaqlı yolu 2 kilometr piyada getməklə avtobus dayanacağına çatırlar.

Bu günlərdə yaşayış massivində yenicə istifadəyə verilməyə hazırlaşan məktəbin açılışı ilə bağlı qızğın iş gedirdi. Küçələr asfaltlaşdırılır, yollar düzəldilirdi. Asfaltın qalınlığı 2-3 sanimetr olmaqla tez-tələsik çəkilən yolun ömrünün uzun olmasını arzuladıq.

Mövzuya qayıdaraq onu da qeyd edim ki, Təranə Hüseynli “Mirli irs”, “365 gün”, “Qoşa ulduz” jurnallarında nəvələrinə qayğı göstərən həkimlərin fəaliyyətindən ağızdolusu məqalələr yazmışdır.

Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevanın əqli və zehni cəhətdən zəif uşaqlara, talassemiyalı xəstələrə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirən Təranə Hüseynli hər kəsi belə nümunəvi, xeyirxah olmağa çağırır: “Mən həmişə gördüyüm hər bir işə böyük məsuliyyətlə yanaşıram. Hər zaman öz fəaliyyətimdə çalışımışam bir neçə amala əsaslanım. Bunlar vətənpərvərlik, insansevərlik, mərhəmətlikdir”.

Azərbaycanın birinci xanımının bu kəlamları hər bir imkanlı şəxsdə mərhəmət hissini artırmalıdır. Təranə Hüseynlinin oğlu Əşrəf dörd xəstə uşaqla qardaşı Bəşarətin evində yaşayırlar. Bəşarət isə ailəsilə birlikdə kirayədə qalır.

Cəfakeş nənə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə nəvəsi 2 yaşlı Beyrəyə eşitmək üçün impiral-qulaq aparatı almaq üçün müraciət etsə də, ona köməklik olmayıb. Məcbur olub kredit götürərək özəl aptekdən 1000 manat dəyərində eşitmə aparatı almağa məcbur olmuşdur.

Nəvəsinin qulaq əməliyyatı olunması üçün nazirlikdə növbəyə dayanan Beyrək 501-ci adamdır. 4 yaşına qədər təcili əməliyyat olunarsa, 2 yaşlı Beyrəyin qulağı eşidə bilər. Lakin bu növbə ilə gərək Beyrəyin 9 yaşı tamam ola ki, növbə ona çata.

Həkimlər isə tək bu əməliyyat üçün 30 min manat pul istəyirlər. Bu imkansız bir ailə üçün olduqca çətin və acınacaqlıdır.

Təranə Hüseynli ilə əlaqə saxlamaq üçün əl telefonunu da yazırıq ki, bəlkə kimsə rəhm edə, insafa gələ, imkanlı adamlar eşidib, bilib və kömək edələr. (070-612-68-42).

Allahdan xəstələrə şəfa diləyir, imkanlı insanları mərhəmətli olmağa çağırırıq.

Rauf İlyasoğlu /gunaz.az/

Oxunub: 733
Oxşar xəbərlər
SON XƏBƏRLƏR