dini radikalizm və ekstremizmlə mübarizə

Kərgəlan məscidi

Kərgəlan məscidi
Kərgəlan kənd qədim məscidi.Bu məscidin yeri günümüzə qədər məlum deyil və bu haqda kənd sakinlərinin məlumatı azdır.Lakin bütün bunlara baxmayaraq mənbələrdə Kərgəlan kəndinin qədim məscidi haqda məlumat qalmışdır.Belə ki,Rusiya imperiyasının hərbi dəftərxanalarlındakı 1856-1870-ci illərə aid sənədlərdə Bakı quberniyasının Lənkəran qəzasının Kərgəlan kəndində məscidin olması haqda məlumat var.Orada daha sonra belə qeyd olunur:Bakı quberniyasının,Lənkəran qəzasının Kərgəlan kəndi Lənkəran qəza mərkəzindən 8 verst qərbdə yerləşir.Bu kənddə 15 ev var.Ümumən Kərgəlan kəndində 54 kişi və 75 qadın yaşayır.Kənddə yaşayanların hamısı Talış millətindəndir.Dini baxımdan isə bütün kənd sakinləri Məhəmmədi dininin şiə təriqətinə mənsubdurlar.Sonra isə qeyd olunur- Kərgəlan kəndində bir məscid var və bu məscidə kənd camaatı məhərəm aylarında daha sıx gedir və orada ehsanat verirlər.(Bax:Списки Населенных месть Российской империи по Кавказскому краю.Бакинская губерния .LXV.Тифлись-1870. № 693,стр.35).Yerli sakinlərdə köhnə məscididin tikilmə tarixini 1880-90-cı illərə aid edirlər.Kərgəan kənd məscidinin Xuddamının dediklərinə görə Kərgəlan kəndinin Lüvəsər kəndi tərəfdən giriş hissəsində el arasında “kanə məçit” (köhnə məscid ) deyilən yer var.O yerdə vaxtı ilə qocaların dediklərinə görə köhnə məscid olmuş və onun həyətində də köhnə qəbirlər var idi.Lakin sonralar su anbarının tikilməsi ilə əlaqədar dağılmışdır.
Kərgəlan kənd “qədə məçit”(balaca məscid).Kərgəlan kəndində” kanə məçit”(köhnə məscid) adlanan məscid Kərgəlan kəndinin cənub-qərbində,Lüvəsər kəndinə gedən yolun sağında,köhnə qəbirsanlığın həyətində yerləşir.Bu məscid 1902-ci ildə tikilmişdir.Məscid tikilən zaman onun tikintisində Bəlləbur qalasının kərpiclərindən də istifadə olunmuşdur.Bu məscid qırmızı bişmiş kərpiclərdən ,3 mişar daşı hündürlüyündə dikilmişdir.Məscidin kərpicləri arasına yerli ustalar ağ bətkəş vurmuşlar.Bu məscidin ön hissəsində iki enli pəncərə var.Pəncərələrin ölçüləri 3 metr,eni isə 2 metrdir.Pəncərələrin üst hissəsi türbəvari üçkünc formadadıre.Məscidin iki giriş qapıları var.Bu qapıların giriş hissəsi iki kərpic dayaq üzərində açıq formalı dəmirdən ibarət dam qurulmuşdur.Onu keçəndən sonra məscidin taxta qapısı gəlir ki.bu qapının eni 2,5X1 sm.dir.Məscidin pilləkəni üç pillədən ibarətdir.Məscidin sol tərəfdən giriş hissəsindən girdikdə içəridə 5X2 metr ölçüdə kiçik dəhliz var və o dəhlizi keçdikdən sonra onun içinə keçmək üçün yenə bir taxta qapı açmaq lazımdır.Məscidin sağ tərəfində eyni ölçüdə bir böyük pəncərə var və və iki ikilaylı pəncərə var və bu iki pəncərənin ölçüsü 2,5X1,5 ölçüdədir.Məscidin sol tərəfində isi iki ədəd ikilaylı və eyni ölçüdə pəncərələr yerləşir.Məscidin minarəsi olmadığından onun damında dəmir dam örtüklü azan verən yer vardır.Bu yer həm də,minbər rolunu oynayır.Məscidin içərisində içərisində üç taxta dirək var və məscidin tavanı çoxda hündür olmamaq şərti ilə xüsusi ağac materialları ilə bəzədilmişdir.Orta hissədə isə şəbistan yerləşir.Məscid ortadan iki hissəyə pərdə ilə yrılıb.Onun çox hissəsi sağda,az hissəsi isə solda yerləşir.Məscidin həyətinə giriş yerin sağında dəmir örtüklü ayaqyolu və 4 qrantdan ibarət abdəst yeri var.Məsciin qarşı tərəfində Kərgəlan kəndinin köhnə qəbiristanlığı var.GHəyətə giəcəyin sol tərəfində isə ölü yuyulan yer var. Məscid günümüzə qədər durmaqdadır.Məhərrəm aylarında bu məsciddə imam Hüseyn tənziyyəsi qurulur və ehsanat verilir.Yerli sakinlər bu aylarda bu məscidə axışıb ziyarət edirlər.

Kərgəlan kənd yeni məscidi.Kərgəlan kənd məscidi Kərgəlan kəndinin mərkəzində,Lənkəran-Lerik şose yolunun 6 km-də,Lüvəsər kəndinə dönən yolun sağında yerləşir .Bu məscid 1991-ci ildə kərgəlan məscidi üçün yer ayrılmışdır.Sonra isə 1993-cü ildə H.Əliyevin oktyabr ayında prezident seçildikdən sonra 1993-cü il noyabr ayının 1-də inşa olunmuşdurş.Bu məscidin təsisçisi Kərgəlan kənd sakini Qurbanov Südeyf olmuşdur.Kərgəlan məscidinin imam naibi Ağa ramin,məscidin xuddamı isə kənd sakini Qurbanov Südeyfdir.Kərgəlan məscidini fdigər məscidlərdən fərqləndirən əsas cəhətlərdən biri də,onun iki günbəzli olmasıdır.Belə ki.Kərgəlan məscidin həm sağında ,həm də solunda iki minarə var və bu minarələrin hündürlüyü 8 metrdir.Minarələr qırmızı bişmiş kərpiclərdən tikilmiş və minarələrin baş hissələrində iki açıq günbəz vardır və bu günbəzlərin üzərində iki aypara yerləşir.Kərgəlan məscidi özü 8 mişar daşı üzərində tikilmiş və sonra isə dam örtüyünə qədər mişar daşı ilə tikinti davam etdirilmişdir.Məscidin ön tərəfində dörd ədəd pəncərə yerləşir və bu pəncərələrin ölçüləri 3X2sm-dir.Məscidin sağ və sol tərəflərində də ,hər ikisində iki pəncərə yerləşir və ümumilikdə Kərgəlan məscidinin 8 bağlı 8 ədə isə talvarvari açıq pəncərəsi vardır.Məscidin iki giriş qapısı var.Bu giriş qapıları sağ və sol künc hissədə yerləşir.Məscidin giriş hissəsi qırmızı bişmiş kərpicdən hörülmüş və hər iki giriş hissənin ətrafı pəncərələrlə hörülmüşdür.Giriş hissənin dam örtükləri dəmir örtüklə örtülüb.Məscidin öz damı da,dəmir materiallarındandır.Kərgəlan məscidinin sağ və sol hissələrində,aşağı bərabərliyində iki havalandırma dəlikləri vardır.Bundan əlavə Kərgəlan məscidinin iki enli daş pilləkənləri vardır.Məscidin ön hissəsi kərpiclə hörülmüşdür.Kərgəlan məscidinin iç hissəsi hündür olmaqla 3 taxta dirək üstündə qurulmuşdur.Məscidin içərisinə giriş hissədə iki hünderf taxta qapı var ki bu qapıların da hündürlükləri 3X1,5 sm Kərgəlan məscidinin pilləkanı 9 pillədən ibarətdir.Məscidin içərisində minbər var..dir.Kərgəlan məscidi öz gözəlliyinə görə rayonda ən gözəl məscidlərdən sayılır.

Aqşin Mistanlı
Tarixçi-tədqiqatçı,araşdırmaçı-jurnalist

Kərgəlan məscidi

Oxunub: 1 590
Oxşar xəbərlər
SON XƏBƏRLƏR