dini radikalizm və ekstremizmlə mübarizə

Doğum gününüz mübarək olsun!

Doğum gününüz mübarək olsun!
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin İcraçı direktoru Fərasət Qurbanov, "Dünya və Qarabağ Həqiqətləri"ictimai birliyinin sədri Valeh Hüseynov, "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin Mərkəzi Aran rayonları üzrə Departamenti sədrinin müavini Rauf Mirzəyev, habelə, əslən Gədəbəydən olan ziyalı Natiq Bağırov,Xocalıdan məcburi köçkün Həmayıl Xəlilova və İsmayıl Babayevin doğum günüdür.
Fərasət Qurbanov 3-cü sektorun inkişafında müstəsna xidməti olan insanlardandır.Əslən Masallı rayonundan olan Fərasət müəllim, sağlam əqidəli ziyalı kimi tanınır.
"Dünya və Qarabağ Həqiqətləri"ictimai birliyinin sədri, Xocalı şəhərindən məcburi köçkün Valeh Hüseynov da məlum soyqırımın dünya miqyasında tanınması üçün məqsədyönlü fəaliyyət göstərir.O, soyqırımın canlı şahidi və erməni girovluğunda əzab-əziyyət çəkən bir insan kimi xatırlanır.Məlum soyqırım zamanı əksər doğmalarını itirən Valeh müəllim də dostluğa dəyər verən insanlardandır.
"Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin Mərkəzi Aran rayonları üzrə Departamenti sədrinin müavini Rauf Mirzəyev,habelə, onun qardaşları-Hacı Əlican, Məşədi-Kərbəlayi Vidadi, Zaur və Vüsal Mirzəyevlər də Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanınması üçün əllərindən gələni əsirgəmirlər.
Bundan başqa, dostluğumda olan Xocalı sakini Həmayıl Xəliləova da həyatın şirinliyindən çox acısını çəkmiş, erməni hərbi birləşmələrinin Xocalını işğal etmələri nəticəsində əksər doğmalarını itirmişdir.
Mən, böyük məmnunluqla yuxarıda adları qeyd edilən sadə insanları, o cümlədən, dostluğumda olan Natiq Bağırov,İsmayıl Babayev, Xayal Babayev, Akif Cəbrayıllı, Xanım Nurlanə Hacıyeva, Xanım İncinur Musayeva, Xanım Venera Əsgərova kimi insanları doğum günləri münasibətilə təbrik edirəm.Arzu edirəm ki, onlar Allahın verdiyi ömür payını sağlam canla və imkanları geniş formada yaşasınlar.
Biz, birlikdə güclüyük!


Hörmətlə,


Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin sədri,
"Ana harayı"qəzetinin baş redaktoru, "Tərəqqi"medalının mükafatçısı, Qarabağ qazisi.

Doğum gününüz mübarək olsun!
Doğum gününüz mübarək olsun!
Doğum gününüz mübarək olsun!
Doğum gününüz mübarək olsun!

Oxunub: 861
Oxşar xəbərlər
SON XƏBƏRLƏR