dini radikalizm və ekstremizmlə mübarizə

Şağlakücə kənd məscidi

Şağlakücə kənd məscidi

Şağlakücə məscidi 1904-cü ildə tikilib.Yerli əhəmiyyətli memarlıq abidəsi.Məscid Lənkəran rayonunun Şğlakücə kəndi ərazisində ,Lənkəran- Lerik ana şose yolunun sağ tərəfində yerləşir.Məscid 1904 –cü ildə tikilmişdir. Rusiya imperiyasının hərbi dəftərxanaarındakı 1856-1870-ci illərə aid sənədlardə Şağlakücə məscidi haqda belə yazılır:Şağlakücə kəndi Bakı Quberniyasının Lənkəran qəzasında,qəza mərkəzindən 6 verst aralıda yerləşir.Şağlakücə kəndində 4 ev var və bu kənddə ümumilikdə ,160 kişi və 123 qadın yaşayır.Kənd əhalisinin hamısı Talış millətindəndir və Məhəmmədi dininin şiə təriqətinə mənsubdurlar.Kənddə bir məscid var və kənd sakinləri məhərrəm aylarında məscidə gəlir,ziyarət edir və orada imam Hüseyn ehsanı verir.
Bax:Списки Населенных месть Российской империи по Кавказскому краю.Бакинская губерния .LXV.Тифлись-1870.№694,стр.35).Şğlakücə məscidi qırmızı bişmiş kərpicdən tikilmişdir.Məscidin dam örtüyü kirəmitdəndir.Məscidin minarəsi olmadığına görə onun damında hündürlüyü 1.5 metr olan azan verən yuer var ki o da minarəni əvəz edir.Məscidin sağ və sol hissəsində iki giriş qapıları var.Giriş qaılarının ön hissəsi dəmir truba dirəklər üstündə dəmir materialından örtük bağlanmışdır ki.bu da yağış havalarında pilləkənin yaş olmasının qarşısını alır.Dəmir damların üstündə isə aypara təsfirləri var.Şağlakücə məscidinin pilləkəninin 8 pilləsi var.Bu pillələr narıncı rəngdə metlaqla örtülmüşdür.Bundan başqa mnəscidin sağ giriş qapısının sağ tərəfində bir.sol tərəfində isə iki ayaqqabı rəfi vardır.Şağlakücə məcidinin ön hissəsində 2 ədəd hündür pəncərə var.Bu pəncərələrin ölçüsü – hündürlüyü 3 metr,eni isə 2 metrdir.Pəncərələrin üst hissələri üçkünc şəkildədir.Bundan əlavə məscidin ön divarında məscidin rtikilmə tarixi hicri tarixi ilə 1322-ci il ildə tikildiyi göstərilir.Bu hicri tarixini miladi tarixinə çevirdikdə 1906-cı il edir.Sonra isə məscidin sağ tərəf giriş hissəsinin sol hissəsində divarda məscidin XIX əsrə aid olduğu qeyd olunmuşdur. Həyətyanı sahəsi 600 kv.metr, ibadət zalının sahəsi 20x10 metrdir. Düzbucaqlı formada olan bu məscid bişmiş kərpiclə tikilib. Damının örtüyü qırmızı kirəmitlə işlənib. Qapılar tağvari formadadır və taxtadan düzəldilib. Məscid hündürlüyü 1,10 metrolan səki üstündə yerləşib. Məscidin döşəməsi bişmiş kərpic, tavanı isə taxtadandır. Tavan beş taxta sütun üstündə dayanıb. Minbər taxtadandır, yeddiguşəlidir. Mehrab divarın içində olub, hündürlüyü 3 metrdir. Mehrabın sağ tərəfində qadınlar şöbəsi yerləşib. Qadınlar şöbəsi ilə kişilər şöbəsi taxta şəbəkə ilə ayrılıb. Qadınlar şöbəsinin sahəsi 3x9 metrdir. Məscidin divarlarının qalınlığı 1 metrdir. İbadət zalında dörd pəncərə qoyulub. Pəncərələr rəngli şüşələrlə işlənib. Məscid sovetlər dövründə, daha dəqiq desək, 1936-cı ildən 1989-cu ilə qədər istifadəsiz qalıb. 1984-cı ildə burada təmir işləri aparılıb. 1986-cı ildən 1990-cı ilə qədər kitabxana kimi istifadə olunub. 1990-cı ildə yerli kənd camaatının vəsaiti ilə başqa bir yerdə kitabxana tikilərək məsciddəki kitablar ora daşınıb. Elə həmin il məsciddə təmir işləri aparılmış və onun təaliyyəti yenidən bərpa olunmuşdur. Məscidin qabaq hissəsində,divarın dibində bir məzar var və bu məzarın üzərində yazılıb: Axundzadə Axund Məmməd Kərim oğlu 1830-1914-cü il.Bu mərhum şəxs məscidin hazırkı axundu axund Qafurun babasdır.Məscidin həyətinə giriş zamanı sağ tərəfdə ayaqyolu və abdəst yeri var,sol tərədə isə su quyusu və göy rəngdə dəmir dirək vəı onu üstündə dəmir çən var.Məscidin arxa hissəsində mədrəsə yerləşir.Lakin o mədrəsə hal-hazırda bağlıdır.Məscidin sol yan tərəfində dörd ədəd iki laylı taxta pəncərə Z,sağ tərəfdə isə iki böyük və hündür taxta pəncərə var.Sağ tərəfdəki pəncərələrin hündürlüyü 3 metr ,eni isə iki metrdir. Şağlakücə məscidi beş daş üzərində tikilmişdir.Məscidin damı ilə divara bərkidilən hissə üç pilləli formada taxtadan hörülmüşdür.Məscidin içərisində beş taxta dirək var və məscidin tavanı xüsusi txtalarla hörülmüşdür.Məscidin tavanında 5 ədəd dəmir çılçıraq və 4 ədə plastik çilçıraq asılmışdır.Məscidin orta hissəsində şəbistan yerləşir.Şağlaücə kəndinin hal-hazırkı məscidinin invertar nömrəsi № 4814,sistem kodu AJA004616 –dır

Akşin Mistanlı
tarixçi-araşdırmaçı

Oxunub: 1 605
Oxşar xəbərlər
SON XƏBƏRLƏR