dini radikalizm və ekstremizmlə mübarizə

DJB.AZ MEHRİBAN ƏLİYEVANI TƏBRİK EDİR

DJB.AZ MEHRİBAN ƏLİYEVANI TƏBRİK EDİR
Djb.az xəbərlər və informasiya portalının kollektivi adından Mehriban xanım Əliyevanı ad günü münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Mehriban xanıma ən gözəl nemət olan can sağlığı, uzun ömür, işlərində və ailə həyatında uğurlar diləyirik.
26 Avqust - Azərbaycan Respublikasının Birinci vitse - prezidenti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat yoldaşı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO - nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın doğum günüdür!
Mehriban Arif qızı Əliyeva 26 avqust 1964 - cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar Elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir.
2002 - ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib və həmin vəzifədə özünü gözəl təşkilatçı kimi nümayiş etdirib. 2003 - cü ildə onun beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə dünya kubokunun “A” kateqoriyalı mərhələsinin, 2004 - cü ildə Dünya kubokunun, 2005 - ci ildə 27 - ci Dünya çempionatının, 2007- ci ildə 23 - cü, 2009 - cu ildə 25 - ci və 2014 - cü ildə 30 - cu Avropa çempionatlarının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb.
Mehriban Əliyeva Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədi ilə yaradılmış Heydər Əliyev Fondunun prezidentidir.
10 may 2004 - cü ildə, Heydər Əliyevin doğum günündə təsis edilmiş Heydər Əliyev Fondunun məqsədi milli - mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli - mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərməkdən ibarətdir.

Almaz İlahə Əhmədova
Təsisçi

DJB.AZ MEHRİBAN ƏLİYEVANI TƏBRİK EDİR
DJB.AZ MEHRİBAN ƏLİYEVANI TƏBRİK EDİR
DJB.AZ MEHRİBAN ƏLİYEVANI TƏBRİK EDİR
DJB.AZ MEHRİBAN ƏLİYEVANI TƏBRİK EDİR
DJB.AZ MEHRİBAN ƏLİYEVANI TƏBRİK EDİR
DJB.AZ MEHRİBAN ƏLİYEVANI TƏBRİK EDİR

Oxunub: 775
Oxşar xəbərlər
SON XƏBƏRLƏR