dini radikalizm və ekstremizmlə mübarizə

25 Avqust - Qarabağ döyüşçüsü, ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş Xudaverdi Abbbasov, Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidik zirvəsinə ucalmışdır!

25 Avqust - Qarabağ döyüşçüsü, ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş Xudaverdi Abbbasov, Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidik zirvəsinə ucalmışdır!
Xudaverdi Məhəmməd oğlu Abbasov 1957 - ci ildə Ağdam şəhərində dünyaya gəlib. 1964 - cü ildə Ağcabədi rayonunun Kəhrizli kənd orta məktəbinin 1 - ci sinfinə daxil olub. 1974 - cü ildə Kəhrizli kənd orta məktəbini bitirib. 1975 - ci ildə Bakı şəhəri Binəqədi rayonundakı peşə məktəbinə daxil olub. 1977 - ci ildə təhsilini bitirdikdən sonra hərbi xidmətə çağrılıb. Moldovada hərbi xidmətə başlayıb. 1979 - cu ildə hərbi xidməti təşəkkürnamə ilə başa vurub. Yaxşı xidmətinə görə onu Moldovada MTN - ə işə qəbul ediblər. Qarabağ müharibəsi ilə əlaqədar 1991 - ci ildə Azərbaycana qayıdıb. Qarabağın ağır günlərində sila hdaşları ilə bir yerdə olub. Ağdam şəhərinin könüllü özünümüdafiə batalyonunun yaradıcılarındandır. 25 avqust 1992 - ci ildə 35 yaşında Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüşlərdə həlak olub. Ölümündən sonra hərbi xidmətlərinə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

Almaz İlahə Əhmədova
Təsisçi

Oxunub: 745
Oxşar xəbərlər
SON XƏBƏRLƏR