dini radikalizm və ekstremizmlə mübarizə

NƏZMİYYƏ HİCRAN YARADICILIĞI

NƏZMİYYƏ HİCRAN YARADICILIĞI
Onu illər öncə şeirləri ilə tanıdım, yaradıcı dostlarımızdan birinin təşkil etdiyi tədbirdə idik, indiki kimi yadımdadır həmkarlardan kimsə dərc etdiyi qəzetdən bizə payladı həmişə olduğu kimi qəzetin ilk səifəsinə baxdım, sonra poeziya vurğunu olduğum üçün son səifəyəni izləmək üçün vərəqlədim.Qəzetlərin əksəriyyətində şeirlər son səifədə dərc olunurdu. Bir şeir diqqətimi daha çox cəlb etdi, oxuduğum şeirdə Vətən həsrətindən yanan bir qəlb gördüm, uzun müddət o şerin təsirindən çıxa bilmədiyimi hələ də xatırlayıram. Şeiri oxuduqdan sonra imzasına baxmışdım Nəzmiyyə Hicran yazılmışdı. Bu hadisədən nə qədər keçdiyini xatırlamıram.
Bir gün tanınmış şairə Nəcibə İlkinin ad günü və kitab təqdimatına dəvət almışdım, tədbir zamanı bizim masaya şirin bir xanımın yaxınlaşaraq hər kəslə görüşdüyünü gördüm, mənə yaxınlaşdıqda isə nəzakətlə salam deyərək yanımda əyləşdi, xanımlardan biri dedi: Nəzmiyyə eşitdim Türkiyəyə köçmüsən. Nəzmiyyə adını eşitcək sevincək soruşdum Nəzmiyyə Hicran sizsiniz? O gülümsəyərək dedi Bəli. Bu an ona sual verən xanım bir daha sualı təkrarladıqda Nəzmiyyə Hicran üzünü xanıma tutaraq qısa və lakanik bir cümlə söylədi. Qardaş respublikada yaşasamda qəlbim hər zaman Vətən eşqiylə döyünəcəkdir. Məqsədimsə Azərbaycanımı layiqincə təmsil etməkdir, deyərək sözün bitirdi. O gündən Nəzmiyyəni tanıdım və o günlər aylara, aylarsa illərə çevrildi.
Nəzmiyyə Hicran azərbaycan ədəbiyyatına öz töfhələrini verdi, bunula kifayətlənməyərək qardaş respublikada türk dilində yaradıcılığını davam etdirdi. Qarabağ həqiqətlərini Türk dünyasında öz qələmi, sözü ilə çatdırmağa çalışdı. O Vətən həsrətini yaşayan canlı şahid olaraq hər zaman şeirlərində düşmənə nifrətini göstərdi, qələmini süngü edərək silah kimi düşmənə tuşladı.
Həzmiyyə Hicran kimdir? Onu tanımayan oxucularıma bu günkü qəhrəmanımı tanıtmaq istəyirəm.
Nəzmiyyə Hicran Azərbaycanın səfalı güşələrindən biri olan Kəlbəcər rayonunda dünyaya göz açdı. Erməni qəsbkarlarının torpaqlarımıza hücumu zamanı 1993-cü ildə məcburu köçkün olaraq Bakı şəhərinə pənah gətirdi. Bakıda yaşadı yaratdı və taleh onu qardaş
Türkiyənin Sakarya şəhərində apardı.
2015-ci ildə Milli məclisə namizədliyi irəli sürülmüş olan Nəzmiyyə Hicran Azərbaycan Yazıçılar Birliyinin, Türkiyə Yazarlar Birliyinin, İLESAM-ın, İrak Türkmən Yazarlar Birliyinin üzvü, 2015-ci ilə ədəbi fəaliyyətindən dolayı Prezident mükafatına layiq görülmüşdür. Ədəbi əsərləri bir neçə türkdilli ölkələrdə nəşr edilib. 7 kitabı Azərbaycanda 3 kitabı Türkiyədə yüksək tirajla nəşr edilən şair həm də naşirdir. O Sakaryada ORHUN YAYINEVİNİN GENEL MÜDİRİDİR. Ailelidir 1 qızı var. Hal hazırda Eskişəhər Anadolu Unveristetində təhsilini davam etdirir.
Nəzmiyyə Hicran yaradıcılığı iki qardaş olan Türkiyyə və Azərbaycan ədəbiyyatına da öz töfhəsini verməkdədir.
P.S. Biz bir həmkar olaraq Nəzmiyyə Hicran xanıma yeni-yeni yaradıcılığ uğurları arzulayırıq və bir şerini oxucularımızın nəzərinə çatdırırıq.

Bir qərib yolçuyam ömür yolunda...

Göylərə baxıram, gözüm ağlayır,
Sıxılır ürəyim havam da çatmır...
Ayağım altında torpaq dağlanır,
Üşüyən könlünü adam da almır...

Sınıbdır ürəyim, sınıq dünyadan,
Ovcumun içində yumaq kimiyəm.
Məni öldürməyə fürsət nə lazım,
Sümüyə dirənən bıçaq kimiyəm...

İncitmə könlümü, əzmə ruhumu,
Daha güləşməyə həvəsim yoxdu.
Oyatma o qorsuz ocaq-odumu,
Küllə oynayacaq nəfəsim yoxdu...

Bir qərib yolçuyam ömür yolunda,
Qürbət vətənimdir, kədər anamdır.
Məni axtaracaq doğma-dost hanı?
Çıxma yollarıma qəhər, amandır...

Burax ələmimlə başa-baş məni,
Qoy çəkim gözümdə yolumu elə.
Götür saçlarıma ələnən dəni
Başıma ələmə odunu hələ...

Atasız-anasız, yurd-yuvasızam,
Alnıma yazılan yazıya bax sən.
Bir ömür yaşadım yıxlıb-dura,
Yazdığın qədərə, qəzaya bax sən.

Sənə edəcəyim bir üsyan deyil,
Əmrinlə donumu biçdim eləcə...
Nə yazdın alnıma yaşadım bir-bir,
Gözümün yaşını içdim eləcə...


Almaz İlahə Əhmədova
Təsisçi

Oxunub: 1 215
Oxşar xəbərlər
SON XƏBƏRLƏR