» » 18 YAŞ....

18 YAŞ....

  • 18-08-2018, 13:11
  • Gundem
  • 467
18 YAŞ....

Gəncliyə, gələcəyə ilk müstəqil addımlarını atırsan bu gündən. Dünən tələbə adını qazandın, bu gün müstəqil gənc titulunu. Bu günə qədər uşaq da olsan çox uğurların oldu. Istər musiqi, istər idman, istər də elm-bilik sahəsində yetərincə uğurlarınla ANA kimi qürurlandırmısan məni. Böyüklərə sayqın, kiçiklərə qayğın hər zaman yüksək nüfuz gətirib sənə. Şəninə çox tərifli sözlər yazmaq kimi niyyətim yoxdur. Çünki olduğun cəmiyyətdə yetərincə qazandığın hörmət - izzət buna bariz nümunədir. Müəllimlərinin sənə olan dəyəri, ətrafının sənə olan hörməti yetərlidir.
Fidan, Sənə həm müəllim, həm qadın, həm də ANA kimi arzum, tövsüyəm çoxdur. Lakin hər zaman deyirəm, oxu məni qızım. Oxu ki, həyat məktəbindən qızıl medal alasan.
Əziz balam! Ruhu, qəlbi, düşüncələri özündən gözəl balam, daha yazmayım heçnə. Istəmriəm cümlələrimdə sən də, mən də, dostlarımız da susqun qalaq.
Sənin xoş günündür bu gün. Həyat fəlsəfənin ilk xətlə yazılan günlərindəndir. Kitabını qızıl hərflərlə yazasan gözəl gözlüm.
Doğum günün mübarək NƏFƏSIM ...!

Könül Məmmədzadə
18 YAŞ....
Oxşar xəbərlər
«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031