dini radikalizm və ekstremizmlə mübarizə

Ön xətdə xidmət edən cəsur zabitin toyundan bir il ötdü!

Ön xətdə xidmət edən cəsur zabitin toyundan bir il ötdü!
Əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Didivar kəndindən olan zabit Səxavət Allahverdiyev Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib.Hazırda Respublika Müdafiə Nazirliyinin cəbhə bölgəsindəki "N" hərbi hissəsində xidmət edir. O, hərb peşəsini çox sevir, hissə komandanlığı zabit S.Allahverdiyevin zəhmətini daim qiymətləndirib.
Səxavət bəy 2017-ci il avqustun 18-də Bakı sakini Fidan (Fiqurə) xanımla ailə həyatı qurdu. Bu toy, başqa toy idi.Çünki, Azərbaycanda ilk dəfə bəy və gəlin toyda hərbi geyimdə əyləşmişdi. Ölkənin aparıcı tele-radio kanalları bu toydan görüntülər yaydı.Toyun yüksək səviyyədə keçirilməsində "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin sədri Hacıxanım Mahirə Əsədova, "Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondu" nun sədri, Qarabağ qazisi Hacı Ədalət Məhərrəmov xüsusi dəstək göstərdi. Milli Məclisin deputatı Xanım Qənirə Paşayeva ilə bir neçə nəfər Türkiyəli iş adamı ilə gəldi, toy məclisini şərəfləndirdi.
"Xocalı Soyqırımını Tanıtma" və "Yeni Yurd" Sosial İnkişaf ictimai birliklərinin, "Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu" nun üzvləri, bütün dostlar adından bir daha Səxavət və Fidan Allahverdiyevləri təbrik edir, Allahın verdiyi ömür payını sağlam canla yaşamağı arzulayırıq.Gözləriniz aydın olsun,Səxavət bəyin və Fidan xanımın valideynləri!
O gün olsun, Şuşada, Cıdır düzündə keçiriləcək Qələbə şənliklərində övladınızla birgə iştirak edəsiz, Səxavət bəy!


Hörmətlə,


Şamil Sabiroğlu,
Qarabağ qazisi, jurnalist.

Ön xətdə xidmət edən cəsur zabitin toyundan bir il ötdü!

Oxunub: 1 052
Oxşar xəbərlər
SON XƏBƏRLƏR