dini radikalizm və ekstremizmlə mübarizə

Azad Rəhimov Göygöldə vətəndaşları qəbul edəcək

Azad Rəhimov Göygöldə vətəndaşları qəbul edəcək
Gənclər və idman naziri Azad Rəhimov avqustun 17-də Göygöl rayonunda vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyindən "Report"a verilən məlumata görə, qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Göygöl şəhəri, Heydər Əliyev parkı, Hummel küçəsi -2) başlayacaq.

Qəbulda Ağstafa, Daşkəsən, Gədəbəy, Göranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz, Gəncə, Naftalan, şəhər və rayon sakinləri iştirak edəcəklər.

Oxunub: 719
Oxşar xəbərlər
SON XƏBƏRLƏR