dini radikalizm və ekstremizmlə mübarizə

Ölkə əhalisinin 13 faizi pensiyadadır

Ölkə əhalisinin 13 faizi pensiyadadır

Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun pensiya və müavinətlər üzrə xərcləri artıb.

Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1 milyard 792,8 milyon manat vəsait yönəldilib.

Bu da ötən ilin müvafiq dövrünə nisbətən 118,1 milyon manat və ya 7,0 faiz çoxdur.

Nəzərə alsaq ki, hazırda ölkədə 1 mln. 311 min nəfər (əhalinin sayı 9 mln. 936 min nəfərdir. Bu da 13,4 faizin pensiyaçı olması deməkdir) pensiya, eləcə də, 409,3 min nəfər sosial müavinət alır, cari ildə fondun ayırdığı vəsaitlərin 97,9 faizini pensiya xərcləri təşkil edib.

Qeyd edək ki, bu il ölkə üzrə pensiyaların orta məbləği 219,2 manata yüksəlib. Belə ki, ötən ilin müvafiq dövründə pensiyaların orta məbləği 202,2 manat təşkil edirdi. Beləliklə, cari il üzrə artım 8,4 faiz olub.

Statistika göstərir ki, 2018-ci il üzrə pensiyaların orta aylıq əməkhaqqına nisbəti də artıb. Əgər 2017-ci ilin yanvar-iyun aylarında pensiyaların məbləği orta aylıq əməkhaqqının 38,7 faizinə bərabər idisə, hazırda bu rəqəm 39,6 faiz təşkil edir.

Xatırladaq ki, pensiyaların maliyyələşdirilməsinə 2018-ci ildə daxili məhsulun 4,9%-i sərf edilməsi nəzərdə tutulub. Həmin göstərici 2010-cu ildə 3,9%, 2011-ci ildə 3,9%, 2012-ci ildə 4,3%, 2013-cü ildə 3,7%, 2014-cü ildə 4,6%, 2015-ci ildə 5,1%, 2016-cı ildə isə 5,0% təşkil edib.

Oxunub: 641
Oxşar xəbərlər
SON XƏBƏRLƏR