» » ƏBDÜLMƏCİDİ AZƏRBAYCAN GƏNCLİYİ TANIYIR

ƏBDÜLMƏCİDİ AZƏRBAYCAN GƏNCLİYİ TANIYIR

  • 15-08-2018, 14:51
  • Gundem
  • 266
ƏBDÜLMƏCİDİ AZƏRBAYCAN GƏNCLİYİ TANIYIR
Şəhidlərimizi taniyaq və tanidaq sözünə məncə ehtiyac yoxdur. Əbdülməcidi Azərbaycan gəncliyi tanıyaraq onunla fəxr edir.
Həyatda övladlar zamanla valideyni ilə tanınar, amma elə bir zama gəldi ki, 1990 cı ildən bu günə kimi yüzlərlə, minlərlə övladlar artıq valideyni ilə tanınmaqdan yan keçərək öz şəhidlik zirvələri ilə valideyinlərini, doğmalarını öz adları ilə tanıtdılar. Ceyran Axundovanında qismətində oğlu ilə məşhurlaşmaq var imiş.
Şəhid Əbdülməcid Axundov kim idi?
Əbdülməcid Axundov 1993-cü ilin 15 oktyab tarixində Sumqayıt şəhərində yaşayan Nadirşah və Ceyran Axundovaların ailəsində anadan olub. 2010-cu ildə Sumqayıt şəhərində yerləşən 16 saylı tam orta məktəbi bitirən Əbdülməcid Axundov elə həmin il Azərbaycan Texniki Universitetinə daxil oldu.
Əbdülməcid Axundov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən doyusdə qəhrəmancasına şəhid olmuşdu
Aprelin 9-u isə Əbdülməcid Axundov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərlər və zabit heyyəti də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açılmış və əsgər Axundov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Əbdülməcid Axundov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdi.
P.S. Bu gün Ceyran Axundovanın ad günüdür.
Ona can sağlığı, sağlam uzun ömür, işlərində uğurlar diləyirik.
Ceyran xanıma isə bunu demək istəyirik. Ceyran ana "Şəhidlər vurularkən ölmürlər, unudularkən ölürlər". Əbdülməcid isə hər zaman Azərbaycan adlı məmələkətin fəxri olaraq yaşayacaq!

Almaz İlahə
ƏBDÜLMƏCİDİ AZƏRBAYCAN GƏNCLİYİ TANIYIR
ƏBDÜLMƏCİDİ AZƏRBAYCAN GƏNCLİYİ TANIYIR
ƏBDÜLMƏCİDİ AZƏRBAYCAN GƏNCLİYİ TANIYIR
ƏBDÜLMƏCİDİ AZƏRBAYCAN GƏNCLİYİ TANIYIR
ƏBDÜLMƏCİDİ AZƏRBAYCAN GƏNCLİYİ TANIYIR
Oxşar xəbərlər
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Toyuq filesi haqqında dəhşətli həqiqətlər – İstehsalçılar nəyi gizlədir, alıcılar nəyi bilmir? Alıcıların ən çox aldığı file Читать далее
«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728