dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan Ordusunun şəxsi heyəti qarşısında maraqlı görüş oldu

Azərbaycan Ordusunun şəxsi heyəti qarşısında maraqlı görüş oldu

Bu il Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzə başlamasının 30-cu ildönümü tamam oldu. Ötən müddətdə 20 faiz torpağımız düşmənin silahlı qüvvələri tərəfindən işğal edildi. Azərbaycan dövləti 1 milyondan artıq qaçqın və məcburi köçkünü yerləşdirmək, onların sosial təminatını ödəmək məcburiyyətində qaldı. Respublikamızın ərazi bütövlüyünün bərpası naminə aparılan döyüş əməliyyatları zamanı 23 mindən çox insanın şəhid olduğunu, 50 mindən çox insanın yaralanaraq əlil olduğunu söyləsək, məncə böyük rəqəm alınar. Bütün çətinliklərə, düşmən tərəfin və onun havadarlarının hədə-qorxularına baxmayaraq Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxladı, Silahlı Qüvvələrini formalaşdırdı.
Vətəndaş cəmiyyətinin nümayəndələri, ziyalılar, Qarabağ müharibəsinin iştirakçıları mütəmadi olaraq hərbi hissələrdə olur, şəxsi heyətlə görüşür, onlara arxa-dayaq olmağa çalışırlar. Belə görüşləri ardıcıl surətdə təşkil edən “Xocalı Soyqırımını Tanıtma” və “Yeni Yurd” Sosial İnkişaf, “Qürur” Şəhid Ailələri Xeyriyyə, “Sosial Rifah və Tədqiqatlar” ictimai birliklərinin, Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun üzvləri, habelə, “fact-info.az”, “xebertv.az”, “miq.az”, “djb.az”, “versus.az”, “realxeberinfo.az” saytlarının, “Ana harayı” qəzeti redaksiyasının əməkdaşları hər cür təşəkkürə layiqdirlər.
“Xocalı Soyqırımını Tanıtma”, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliklərinin və Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun birgə təşkilatçılığı ilə cəbhə bölgələrindən birində keçirilən növbəti tədbir bu baxımdan çox önəmliydi.Tədbir iştirakçıları öncə Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olanların əziz xatirəsini 1 dəq. sükutla yad etdilər. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Ana harayı”qəzetinin baş redaktoru, “fact-info.az” və “xebertv.az” saytlarının redaktoru, “Tərəqqi” medalının mükafatçısı, Qarabağ qazisi Şamil Sabiroğlu Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının gücləndirilməsində Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin müstəsna xidmətlərini qeyd etdi. Şamil müəllim, eyni zamanda Azərbaycan Respublikasının Müdafiə Naziri, General-polkovnik cənab Zakir Həsənovun rəhbərliyi altında ordu sıralarında başlanmış geniş quruculuq işlərindən danışdı. Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədr müavini Dilbər Sultanova, Birliyin Gəncə Regional Departamentinin rəhbəri,”Tərəqqi”medalının mükafatçısı, Qarabağ qazisi, doktor Aqil Məmmədov, bu Təşkilatın Qadınlar Şurasının və Binəqədi rayon şöbəsinin sədri Ayna Allahyarqızı, Xocalı soyqırımının canlı şahidlərindən olan yazıçı-publisist Dürdanə Ağayeva, Beyləqanda yaşayan şair-publisist Fazil Bulud, Azərbaycan Mübariz Müharibə Veteranları Birliyi Ağcabədi rayon şöbəsinin sədri, Qarabağ qazisi Vahid Cəfərov, Cəbrayıl rayonundan məcburi köçkün, pedaqoq Firduz Əhmədov, “Vətən eşqilə!” layihəsinin rəhbəri Atlaz Xanlarqızı, ”xebertv.az” saytının həmtəsisçisi və baş redaktoru, Qarabağ qazisi Əvəz Bəşiroğlu, Qarabağ qazisi Aidə Dəmir, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III kurs tələbəsi, bədii qiraət ustası Şamilə Ələkbərli, Niyaməddin Əşrəfov və başqaları “N” hərbi hissəsinin şəxsi heyətini salamladılar.
Rayon Musiqi Təmayüllü Gimnaziyanın əməkdaşları - bədii rəhbər Zaur Həsənov başda olmaqla Orxan Şahsevənli, Arzuman Beyləqanlı, Mənsur Beyləqanlı, Camal Aşiq,Vətən Bəhmənoğlu maraqlı musiqi proqramı ilə çıxış etdilər.
Tədbirin sonunda Respublikamızın ərazi bütövlüyü uğrunda gedən ölüm-dirim mübarizəsində fərqlənən bir qrup hərbi qulluqçuya “Xocalı Soyqırımını Tanıtma”, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliklərinin və Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu adından qiymətli hədiyyələr təqdim edildi.

Şamilə Şamilqızı,
Xatirə Tahirqızı,

“Ana harayı” və “Ulu zirvə”qəzetlərinin, ”fact-info.az” və “xebertv.az” saytlarının xüsusi müxbirləri.

Fotolar: “xebertv.az” saytının xüsusi müxbiri, Qarabağ qazisi Əvəz Bəşiroğluna məxsusdur.

Azərbaycan Ordusunun şəxsi heyəti qarşısında maraqlı görüş oldu
Azərbaycan Ordusunun şəxsi heyəti qarşısında maraqlı görüş oldu
Azərbaycan Ordusunun şəxsi heyəti qarşısında maraqlı görüş oldu
Azərbaycan Ordusunun şəxsi heyəti qarşısında maraqlı görüş oldu
Azərbaycan Ordusunun şəxsi heyəti qarşısında maraqlı görüş oldu
Azərbaycan Ordusunun şəxsi heyəti qarşısında maraqlı görüş oldu
Azərbaycan Ordusunun şəxsi heyəti qarşısında maraqlı görüş oldu
Azərbaycan Ordusunun şəxsi heyəti qarşısında maraqlı görüş oldu
Azərbaycan Ordusunun şəxsi heyəti qarşısında maraqlı görüş oldu
Azərbaycan Ordusunun şəxsi heyəti qarşısında maraqlı görüş oldu

Oxunub: 776
Oxşar xəbərlər
SON XƏBƏRLƏR