Qəhrəmanları tanıyaq və tanıdaq! » Djb.az

» » Qəhrəmanları tanıyaq və tanıdaq!

Qəhrəmanları tanıyaq və tanıdaq!

  • 11-08-2018, 14:44
  • Gundem
  • 150
Qəhrəmanları tanıyaq və tanıdaq!
Neftçalanın mübariz oğlu
1988-ci ilin noyabrında Azərbaycanın paytaxtı Bakı şəhərində başlanan, az sonra bəzi bölgələrdə genişlənən Milli Azadlıq hərəkatının fəallarından biri- “Azadlıq uğrunda mübariz” fəxri adına layiq görülmüş 20 yanvar qazisi, Qarabağ müharibəsi iştirakçısı, 2 dəfə Prezident təqaüdçüsü, Respublika Fövqəladə Hallar Nazirliyinin Xəzər hövzəsi Qəza Xilasetmə Xidməti idarəsində gəmi kapitanı vəzifəsində çalışan Ələkbər Talıbovun 65 yaşı tamam oldu. 2 oğul, 1 qız atası olan Ələkbər müəllim, öz ömrünün böyük bir hissəsini xalqın azadlığı yolunda sərf edən insan kimi Azərbaycan xalqının şərəfli tarixində uzun müddət yaşayacaq.
Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəni qarşısına məqsəd qoyan Ələkbər Talıbov gənclik illərində cavanlar arasında mövcud olan, Azərbaycanın müstəqilliyi amalı ətrafında birləşən gizli qruplarda fəaliyyət göstərib. O, heç vaxt kommunist partiyasının üzvü olmayıb. Ümumiyyətlə, ailə mənsubları əsla Kommunist Partiyası sıralarına qoşulmayıblar. Ələkbər Talıbov demokratik ruhda böyüyərək azad və abad Azərbaycan uğrunda çalışıb. O, 1990-cı ilin qanlı 20 yanvar hadisələri zamanı təcavüzkar Sovet Ordusunun hərbçiləri tərəfindən yaralanıb. Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərin fəal iştirakçısı olmuş 20 yanvar qazisi Ələkbər Talıbov Milli Azadlıq Hərəkatında fəaliyyəti illərini belə xatırlayır:- “Milli Azadlıq Hərəkatında fəaliyyətim 1988-ci ilin noyabr ayından başlayaraq 1993-cü ilə qədər davam edib. Neftçalada 20 yanvar hadisələrinə etiraz vaxtı ümumiyyətlə silahımız yox idi. Sadəcə xalq üsyanına qalxıb Bakıda 20 yanvar hadisələrinə öz etirazımızı bildirirdik. Həmin ərəfədə bizə məlumat gəldi ki, hərbi hissə komandiri sizinlə görüşmək istəyir. Biz də görüşə razılıq verdik və düşünürdük ki, təki bizimlə görüşsünlər, əhaliyə xətər toxundurmasınlar. Bundan da bir gün qabaq Neftçalada vertolyotlar uçuşur, işıq saçan güllələr atılır və yaxud da özləri təxribat törədirdilər. Atəş açıb camaatın boynuna yıxırdılar ki, guya ki əhali təxribat törədir. Məlumatımız var idi ki, SSRİ Silahlı Qüvvələrinin “Alfa Xüsusi təyinatlıları” Neftçalaya gəlib kəşfiyyat aparır. Bizə məlum idi ki, 1990-cı ilin 20 yanvarında Bakıda dinc əhaliyə qarşı törədilən qanlı olayları, Neftçalada da törədəcəklər. Neftçalanı hərtərəfli mühasirəyə almışdılar. Amma biz, bunu vaxtında duyduq və yeni qırğınların olmasına imkan vermədik. Lakin xalqın iradəsi hökm sahibi olsa da, Sovet Ordusunun şəxsi heyəti bizlərə də divan tutdu. Neftçalada 2 nəfər şəhid oldu.. Bakıda da baş verən qanlı hadisələr vaxtı sovet qoşunlarının qırğınının qarşısını almaq üçün balıqçı gəmilərinin təşkil etdiyi mühasirədə də iştirak etmişəm. Bakı buxtasında sovet qoşunlarına qarşı müqavimət göstərmişik. Sipər çəkib şəhərə daxil olmalarını önləməyə çalışmışıq. Ruslara tabe olmayıb öz bayrağımızı gəmimizin körpücüyündə yüksəltmişdik... Dəfələrlə sərhədçilər tərəfindən təqiblərə məruz qalmışam. O vaxt SSRİ-nin 2 nəfər DTK-çısı tərəfindən təqib edilmişəm... Lakin haqq yolunda, xalq yolunda namərdlik ola bilməz deyib əqidəmdən dönməmişəm və dönmərəm... Bir müddət Neftçalada baş verən qanlı hadisələrdən sonra məni öldü sanırdılar. Çünki bizi əvvəlcə Bankə qəsəbəsindəki hərbi hissədə sıraya düzüb güllələmək istəyirdilər, lakin son anda fikirlərindən daşınıb vertolyotla Bakıya gətirmişdilər. Xəzər dənizi üzərindən keçərkən dənizə atmaq fikrinə düşsələr də sonradan bu fikirlərindən də əl çəkmişdilər. Həmin vaxtı bizi - fəalları qalaq kimi üst-üstə vertolyota yükləmişdilər. Bizi dənizə atmayıb Binə Hava limanına gətirdilər. Yenidən bizi sırayla düzüb güllələmək istədilər. Bu anda yeni yaradılan Azərbaycan Deputat İstintaq Qrupu hadisə yerinə gəlib bizi sovet hərbçilərindən alıb Şüvəlanda yerləşən Tağıyev təcridxanasına apardılar. Vəziyyətimiz ağır olduğuna görə bizi ordan 26 nömərli Mərdəkan şəhər xəstəxanasına gətirdilər. Xəstəxanada da kəndin əhalisi bizə kifayət qədər diqqət və qayğı göstərdi. Dərmanla, pal-paltarla təmin etdi... Həmin ərəfədə həqiqətən də millət birlik nümayiş etdirirdi. 26 nömərli Mərdəkan şəhər xəstəxanasının həkimlərinə, tibb bacılarına, oranın sakinlərinə təşəkkürümü bildirirəm. Bizə çox yardım etdilər. Sağalandan sonra yenidən mübarizəyə qoşulduq”. 1990-cı ilin yanvar hadisələri zamanı Bakı şəhərinə və respublikanın bir sıra rayonlarına keçmiş SSRİ Silahlı Qüvvələrinin təcavüzkar basqını zamanı yüksək vətəndaşlıq, mərdlik və hünər nümunələri göstərərək Azərbaycanın istiqlaliyyəti uğrunda yaralanmış bir qrup şəxsə Azərbaycan Respublikasının “Azadlıq uğrunda mübariz” fəxri adı verilmişdir. Ələkbər Talıbov da həmin şəxslər sırasında olub. Qeyd edək ki, Ələkbər Talıbov 2000 –ci ildə qanlı “20 yanvar” hadisələrinin 10 illiyi ilə əlaqədər Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev tərəfindən, 2011- ci ildə isə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən prezident təqaüdünə layiq görülüb. O zaman şəhid olan və yaralanan qəhrəman oğulların ad-soyadını qeyd edirəm:
Neftçalanın yanvar şəhidləri:
1.Şəmsəddin Əbilhəsən oğlu Orucov,
2.Əbülfəz Böyükağa oğlu Cəfərov,
3.Nurəddin Aslan oğlu Ağahüseynov.
Yaralananlar:
1.Ramiz Cəfər oğlu Hüseynov;
2.Novruz Allahverdi oğlu Dadaşov;
3.Ələkbər Məmmədəli oğlu Talıbov;
4.Bəxtiyar Ağahüseyin oğlu Ağayev;
5.Məhəmməd Təzəxan oğlu Fərziyev;
6.Fərman Kamran oğlu Hüseynov;
7.Oktay Əbilhəsən oğlu Orucov;
8.Əliheydər Xanəhəd oğlu Məmmədov;
10.İmamverdi Ağaməhəmməd oğlu Zeynalov.
Redaksiyadan: Dəyərli Qarabağ qazisi, 20 Yanvar faciəsi zamanı yaralanmış Ələkbər Hacı Məmmədəli oğlu Talıbovu 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik.Bu təbrikə 20 Yanvar Cəmiyyətinin, “Xocalı Soyqırımını Tanıtma” və “Yeni Yurd” Sosial İnkişaf ictimai birliklərinin, habelə, “Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun üzvləri, “xebertv.az”, “miq.az”, “djb.az”, “fact-info.az” saytlarının, “Ana harayı” və “Ulu zirvə”qəzeti redaksiyalarının əməkdaşları da qoşulur.

Şamil Sabiroğlu,
“Tərəqqi”medalının mükafatçısı, Qarabağ qazisi.

Qəhrəmanları tanıyaq və tanıdaq!
Qəhrəmanları tanıyaq və tanıdaq!
Qəhrəmanları tanıyaq və tanıdaq!
Qəhrəmanları tanıyaq və tanıdaq!
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031