dini radikalizm və ekstremizmlə mübarizə

Mərdi qova-qova namərd etməyək!

Mərdi qova-qova namərd etməyək!

Azərbaycan tarixən yadellilərin təcavüzünə məruz qalıb: Bu zaman xalqın başbilənləri xalqı ayağa qaldıraraq düşmən hücumlarına sinə gərib. Dahi sərkərdə, Azərbaycanın sabiq dövlət başçılarından biri-Şah İsmayıl Xətainin 14 yaşında hakimiyyət kreslosunda əyləşməsi, Azərbaycan dilini dövlət dili elan etməsi məncə əfsanə, nağıl deyil.
Mən, əslən qarabağlı olmasam da, Qarabağın çətin günlərində, dəqiq desəm, 1989-cu ilin avqustunda könüllü olaraq öncə Laçın rayonuna, daha sonra isə Xocalıya, Şuşaya yollanmışam.Azərbaycan mətbuatında Xocalı soyqırımı haqda ilk həqiqi xəbəri verən jurnalist və o zaman lentə alınan əksər fotoların müəlliflərindənəm. Xatırlayıram ki, o zaman başsız başçıların səhlənkarlığı, səriştəsizliyi ucbatından Azərbaycan xalqı “qumara” qoyulmuşdu.1993-cü ilin fevralında Silahlı Qüvvələrin bir qrup şəxsi heyəti Ağdərənin Vəng yüksəkkliyi istiqamətinədək düşməni geri oturdanda Tərtər rayonunun sabiq icra başçısı, bölgənin müdafiəsində müstəsna xidmətləri olan Sərdar Həmidovla o zaman Vətən qarşısında müəyyən qədər xidmətləri olan Surət Hüseynovu qarşı-qarşıya qoydular. Nəticədə S. Hüseynov tabeçiliyindəki hərbçiləri geri çəkdi və savaş meydanında Ermənistan Silahlı Qüvvələri bizi üstələdilər. 1993-cü il iyun ayının 4-də qiyama cəhd adıyla mövcud hakimiyyətin devrilməsinə dəstək göstərilməsi də Azərbaycanı xeyli geri saldı.
Bu günlərdə dövlət və hakimiyyət orqanlarında müəyyən qruplaşmaların fəallaşdığı hiss olunur. Özü də, danışıqlar prosesinin Azərbaycanın xeyrinə işlədiyi bir zamanda. Kim nə deyir desin, mən Azərbaycanın Dövlət Başçısı cənab İlham Əliyevə inanıram. Əminəm ki o, işğal edilmiş torpaqların düşmən tapdağından azad edilməsi üçün sidq-ürəklə çalışır.İlham Əliyev həm şəhid Milli Qəhrəmanımız Mübariz Ağakərim oğlu İbrahimov, həm də Macarıstanda, bayrağımızı təhqir edən erməni hərbçisini öldürərək ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Sahib oğlu Səfərovun azadlığa çıxmasına yardım göstərməklə ürəyimdə özünə heykəl qoydurdu.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Xanım Mehriban Əliyeva, bu Fondun Birinci Vitse-prezidenti, “Xocalıya Ədalət” Beynəlxalq Məlumatlandırma Kampaniyasının rəhbəri Xanım Leyla Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev, “Avrasiya Araşdırmaları İnstitutu” ictimai birliyinin sədri, Milli Məclisin deputatı xanım Qənirə Paşayeva, Azərbaycan Kik-Boksinq Federasiyasının Prezidenti, Milli Məclisin deputatı Adil Əliyev, “Xocalı İdman Klubu” nun direktoru, Kik-boksinq üzrə 5 qat dünya çempionu Ehram Məcidov, “Avropa-Azərbaycan Cəmiyyəti” nin (TEAC) prezidenti Taleh Heydərov da mənim hörmət və ehtiram göstərdiyim insanlardandır. Son günlər “Avropa-Azərbaycan Cəmiyyəti” (TEAC) ilə bağlı ziddiyətli məlumatlar dolaşır.
Qardaşlar və bacılar, gəlin, düşmən dəyirmanına su tökülməsinə imkan verməyək. Siyasi proseslərə qoşulmamaq naminə həyatda çox şey itirən bir insan olaraq deyirəm: Azərbaycan xalqı bu cür çirkin oyunlara layiq deyil. Xalqın üzləşdiyi çoxsaylı problemləri həll etmək əvəzinə siyasi qarşıdurmalara getmək, dövlətin zəifləməsinə gətirib çıxaracaq. Mən, hörmətli Xanım Leyla Əliyeva və hörmətli Tale Heydərovgilin milli vətənpərvərlik ruhunda təşkil etdiyi 2-3 tədbirdə iştirak etmişəm.Hər ikisinin Azərbaycana olan sonsuz sevgisinin şahidi olmuşam. Əminəm ki, aidiyyəti orqanların rəhbərləri doğum günümdə etdiyim müraciəti nəzərə alacaq və qarşıda gözlənilən müəyyən qarşıdurmaların qarşısı alınacaqdır.
Azərbaycan Dövləti və xalqının bir düşməni var: Erməni xalqı və onları dəstəkləyənlər. Gəlin, bu faktı qulaqlarımızda “sırğa”edək. Mərdi qova-qova namərd etməyək!


Səmimi hörmətlə,


Şamil Sabiroğlu,
“Tərəqqi”medalının mükafatçısı, Qarabağ qazisi.

Mərdi qova-qova namərd etməyək!
Mərdi qova-qova namərd etməyək!
Mərdi qova-qova namərd etməyək!

Oxunub: 1 096
Oxşar xəbərlər
SON XƏBƏRLƏR