dini radikalizm və ekstremizmlə mübarizə

ADMİU - nun dosenti Məmməd Səfanın doğum günüdür

ADMİU - nun dosenti Məmməd Səfanın doğum günüdür

Bu gün Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatına layiq görülmüş, ADMİU - nun dosenti Məmməd Səfanın doğum günüdür!

. Məmmədsəfa Məmmədəli oğlu Qasımov (Məmməd Səfa) 25 iyul 1960 - cı ildə Dəvəçi şəhərində anadan olmuşdur. 1977 - 1980 - ci illərdə Bakı mədəni - maarif texnikumunuda özfəaliyyət teatr kollektivi rəhbəri ixtisası üzrə Əfrasiyab Məmmədovdan, 1980 - 1984 - cü illərdə M.A. Əliyev adına ADİİ - nin aktyorluq fakültəsində Nəsir Sadıqzadə, Fuad Hacıyev və Zəminə Hacıyeva kimi sənətkarlardan dərs alıb. Texnikumu bitirdikdən sonra təyinatla Şabran Mədəniyyət Evində işləmişdir. Fəaliyyətini 1985 - ci ildən görkəmli teatr xadimi Vaqif İbrahimoğlunun yanında Tədris Teatrında davam etdirmişdir.
. Hazırda "Yuğ" Teatrının aktyorudur. İncəsənət Universitetində baş müəllim kimi dərs deyir. 09 may 2012 - ci ildə, 30 aprel 2014 - cü ildə, 06 may 2015 - ci ildə, 06 may 2016 - cı ildə və 01 may 2017 - ci ildə Prezident mükafatına layiq görülmüşdür.
. Ailəlidir, iki övladı var.

İlham Əliyev

Oxunub: 944
Oxşar xəbərlər
SON XƏBƏRLƏR