dini radikalizm və ekstremizmlə mübarizə

Jurnalist Əkrəm Bəydəmirlinin layihə rəhbəri olduğu filmin təqdimatı olacaq!

Jurnalist Əkrəm Bəydəmirlinin layihə rəhbəri olduğu filmin təqdimatı olacaq!

Araşdırmaçı-jurnalist Əkrəm Bəydəmirli Azərbaycanın ləyaqətli oğullarındandır.O, "Sosial Rifah və Tədqiqatlar"ictimai birliyinin sədri, "fact-info.az" saytının baş redaktoru kimi fəal ictimai iş aparır.Ə.Bəydəmirli 1918-ci ildə Azərbaycanın bir çox şəhər və rayonlarında törədilmiş erməni vəhşilikləri haqda kitab müəllifidir.Həmin kitab Respublika Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə çap edilib və bir neçə dilə tərcümə olunub.Əkrəm müəllim, bu günlərdə Respublika Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həmin kitabdakı faktlar əsasında sənədli film çəkib.
İyulun 25-i saat 11-də Respublika Vetearnlar Şurasının böyük zalında Kaveroçkin küçəsilə Ceyhun Hacıbəyli küçlərinin kəsişməsində, Respublika Hərbi Prokurorluğunun yanında) həmin sənədli filmin təqdimat mərasimi keçiriləcək.
Biz, dəyərli Əkrəm Bəydəmirlini növbəti uğur münasibətilə təbrik edir, imkanı və vaxtı olanları təqdimat mərasiminə dəvət edirik.


Şamil Sabiroğlu,
Qarabağ qazisi, jurnalist.

Xatirə Tahirqızı,
"Ulu zirvə"qəzetinin baş redaktor əvəzi.

Jurnalist Əkrəm Bəydəmirlinin layihə rəhbəri olduğu filmin təqdimatı olacaq!
Jurnalist Əkrəm Bəydəmirlinin layihə rəhbəri olduğu filmin təqdimatı olacaq!

Oxunub: 714
Oxşar xəbərlər
SON XƏBƏRLƏR