» » Azərbaycan XİN-in Mədəniyyət Nazirliyi ilə birgə bəyanatı

Azərbaycan XİN-in Mədəniyyət Nazirliyi ilə birgə bəyanatı

Azərbaycan XİN-in Mədəniyyət Nazirliyi ilə birgə bəyanatı


4-6 iyun tarixində Fransanın Paris şəhərində yerləşən YUNESKO-nun Baş qərargahında təşkilatın Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasına üzv ölkələrin 7-ci Baş Assambleyası keçirilir.

Sessiya çərçivəsində Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitədə azad olmuş yerlərə seçkilər keçirilib. 2-ci qrup üzrə 2 yerə Azərbaycan, Belarus, Gürcüstan, Polşa, Slovakiya, Rumıniya və Makedoniya olmaqla 7 dövlət namizədliyini irəli sürmüşdü. Aparılmış geniş təbliğat-təşviqat kampaniyası nəticəsində Azərbaycan qrupda 90 səslə namizədlər arasında ən çox səs yığaraq Komitəyə üzv seçilməyə nail olub. Digər yerə isə 52 səslə Polşa seçilib.

Azərbaycanın YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə namizədliyini dəstəkləyən bütün dövlətlərə təşəkkür edirik. Azərbaycan Respublikası 2010–2014-cü illərdə Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitədə təmsil olunub və ölkəmizə yenidən bu etimadın göstərilməsi beynəlxalq müstəvidə, o cümədən YUNESKO-da Azərbaycanın qazandığı nüfuzun növbəti təsdiqidir. Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi və qayğısı, Azərbaycan Respublikası Xarici İşlər və Mədəniyyət nazirliklərinin birgə fəaliyyəti nəticəsində ölkəmizin YUNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.

Mehriban xanım Əliyevanın dəstəyi sayəsində ötən müddətdə Azərbaycan muğamı, aşıq sənəti, Azərbaycan tar ifaçılıq sənəti, kamança lavaş, kəlağayı və digərləri daxil olmaqla, ölkəmizin 11 qeyri-maddi mədəni irs nümunəsi YUNESKO-nun siyahılarına daxil edilib. 2018-2022-ci illəri əhatə edən dövr ərzində Komitəyə üzv dövlət olaraq Azərbaycan dünyada qeyri-maddi irsin qorunmasına öz töhfəsini vermək və zəngin təcrübəsini paylaşmaq, üzv dövlətlərlə əməkdaşlıq ruhunda birgə fəaliyyət həyata keçirmək, Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyadan irəli gələn məqsədlərin həyata keçirilməsinə yaxından dəstək vermək, həmçinin, qeyri-maddi mədəni irs incilərimizi beynəlxalq səviyyədə təşviq etmək istiqamətində səylərini əsirgəməyəcəkdir.


Ayxan Rəsul
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930