» » Goranboy Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb

Goranboy Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb

Goranboy Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb



Prezident İlham Əliyev Goranboy şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Goranboy rayonunda bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Bayraq Muzeyi, Gənclər Mərkəzi, Uşaq-Gənclər Şahmat Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 40 mənzilli 3 yaşayış binası, üzgüçülük hovuzu inşa edilmiş, Rayon Mədəniyyət Mərkəzi, Dəliməmmədli şəhər xəstəxanası, 2000 yerlik şəhər stadionu əsaslı təmir olunmuş, 41 ümumtəhsil müəssisəsi istifadəyə verilmişdir. Bununla yanaşı, Goranboy şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, 330 kV-luq "Goranboy” paylayıcı məntəqəsi, "Kürəkçay” və "Dəliməmmədli” elektrik yarımstansiyaları istismara verilmiş, "Region Agro” MMC-nin aqroparkı və digər iri istehsal, emal müəssisələri tikilmiş, 32 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Sərəncamda qeyd edilir ki, Goranboy şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 40 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Goranboy Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031