dini radikalizm və ekstremizmlə mübarizə

Bu il Bakıda 48 mindən çox şagird məzun olacaq

Bu il Bakıda 48 mindən çox şagird məzun olacaq


2017-2018-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin buraxılış siniflərini 48 277 şagird bitirəcək.

İdarədən verilən məlumata görə, məktəblərin IX siniflərini 28 125, XI siniflərini 19 192 nəfər bitirəcək. Paytaxtda 46 849 nəfər I sinfi, 638 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) başa vuracaq. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən xüsusi məktəblərdə isə IX sinfi 322 nəfər bitirəcək.

Cari tədris ilində BŞTİ-nin tabeliyində olan 307 ümumi təhsil məktəbində 15 844 sinifdə 404 542 şagird təhsil alıb.

2017-2018-ci tədris ilində paytaxt üzrə 263 ümumi təhsil məktəbində fəaliyyət göstərən 868 məktəbəhazırlıq qrupunu 24 129 uşaq başa vurub. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı beşyaşlıların 75 faizini təşkil edəcək.

2018-2019-cu tədris ili üçün paytaxtdakı ümumi təhsil müəssisələrinin I sinfinə mektebeqebul.edu.az saytı vasitəsilə 42 142 sorğu yerləşdirilib. Onlardan 38 642-i ümumi təhsil məktəbini, 3 500-ü lisey və gimnaziyanı seçib. 2018-2019-cu tədris ilində I sinfə 50 000-dən çox uşağın qəbulu proqnozlaşdırılır.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb fəaliyyət göstərir.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 28 875 müəllim fəaliyyət göstərir.

Səbinə Saday

Oxunub: 1 012
Oxşar xəbərlər
SON XƏBƏRLƏR